40 yaşında 69 uşaq dünyaya gətirən qadın öldü

Fələstində bütün ömrü boyu 69 uşaq dünyaya gətirən 40 yaşlı qadın dünyasını dəyişib.

Fələstinli qadın dünyanın ən məhsuldar analarından hesab edilirdi. Khaleej Times ananın dünyaya gətirdiyi uşaqların rəsmi sayının təsdiqlənmədiyini bəyan edib.

Xatırladaq ki, Ginessin Rekorldar kitabında ən çox uşaq dünyaya gətirən qadın rusiyalı Feyodra Vasilyevadır. XVII əsrdə bu qadın 69 uşaq, 16 dəfə əkiz, 18 dəfə üçəm dünyaya gətirib. Daha sonra ikinci dəfə ailə quran qadın həmin nikahdan daha 18 uşaq doğub.