Reklam: High Technic
hightechnic

40 yaşlı qadın intihar etdi – Bakıda

Bakıda 40 yaşlı qadın özünü pəncərənin çərçivəsindən asaraq intihar edib.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Pirşağı qəsəbəsində adsız ünvanda fərdi evdə yaşayan 1977-ci il təvəllüdlü Əhmədova Gülbəniz Mübariz qızı evin pəncərəsinin dəmir çərçivəsindən özünü iplə asaraq intihar edib.

G.Əhmədovanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

www.yenicag.az

90