İqtisadiyyat naziri Mikayıl Cabbarov Sumqayıt Kimya Sənaye Parkına qoyulacaq yeni investisiyanın həcmini açıqlayıb.
Yenicag.az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün “Facebook” səhifəsində yazıb:
“Regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya-Sənaye Parkında indiyədək 24 sahibkarlıq subyektinə rezident statusu verilib.
Növbəti mərhələdə 400 milyon manatdan çox investisiyanın qoyulması və 900-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur”.