4000-ə yaxın azərbaycanlı Ukraynanı tərk etdi

4000-ə yaxın vətəndaşımız Polşa sərhədini keçərək Ukraynanı tərk edib.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT sədri, Polşanın xarici işlər naziri Rau Zbignievlə mətbuat konfransında deyib.

“Polşa tərəfi bu məsələdə bizə kömək etdi, sərhədi keçməklə bağlı qaydaları dəyişdi, sadələşdirdi. Bu dəstəyə görə həmkarıma təşəkkür edirəm”, – nazir deyib.