Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yüksək vəzifəli məmur istefa verdi - 41 uşağın ölümünə görə

Ticarət mərkəzində çoxsaylı insanın ölümü ilə nəticələnən yanğının baş verdiyi Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə postunu tərk edib.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə regional administrasiyanın mətbuat xidməti məlumat yayıb: “Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib”.

Artıq Rusiya Federasiyasının prezidenti Vladimir Putin Tuleyevin istefasını qəbul edib.
Region rəhbərliyinin icrası müvəqqəti olaraq vitse-qubernator Sergey Çivilevə tapşırılıb.

Qeyd edək ki, Kemerovodakı “Zimnaya vişnya” ticarət mərkəzindəki yanğın martın 25-də baş verib. Faciə nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həyatını itirib.

www.yenicag.az

1850
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS