!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“41 yaşım var idi, o vaxt beynəlxalq hüquqa inanırdım”

!Reklam – Yazi

“İlkin mərhələdə mən də hesab edirdim ki, bu məsələni, Qarabağ məsələsini sülh yolu ilə həll etmək olar”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Bizə elə gəlirdi ki, təklif etdiyimiz variantlar məntiqlidir, ədalətlidir və beynəlxalq hüquqa tam uyğundur. Hətta təəccüb edirdim ki, nə üçün bunu qarşı tərəf, yaxud da vasitəçilər başa düşmürlər. Prezident seçiləndə mənim 41 yaşım var idi və təcrübəm də o qədər böyük deyildi və mən o vaxt beynəlxalq hüquqa inanırdım. İnanırdım ki, ədalət haradansa göydən düşüb bizim məsələmizi həll edəcək. Sonra başa düşdüm ki, ədaləti biz özümüz bərpa etməliyik. Danışıqların birinci mərhələsində, mənim iştirak etdiyim dövrdə belə ümidlərim var idi. Sonra isə gördüm ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Xüsusilə indiki Ermənistan hakimiyyəti bunu yenə də açıq-aşkar bəyan edəndə, faktiki olaraq, danışıqlara öz bəyanatları və yersiz addımları ilə son qoyanda, artıq tam aydın oldu ki, vaxt itirmək mümkün deyil. Bilirsiniz, bir şeyi də deməliyəm, hər şeyi vaxtında etmək lazımdır. İkinci Qarabağ müharibəsi də onu göstərdi. Bir il əvvəl bəlkə də tez idi, bir il sonra gec idi, hər şey vaxtında. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, böyük zəhmətin işidir. Bunu mən tamamilə açıq deyə bilərəm”, – Prezident vurğulayıb.

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv