41 yaşlı Gəncə sakini Biləcəridə itkin düşdü

Bakıda daha bir nəfər itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, hadisə Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Gəncə şəhəri, Kəpəz rayon sakini, 1976-cı il təvəllüdlü Yusubov Ruslan Əlibəy oğlu mayın 20-də Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən “Ozan” yanacaqdoldurma məntəqəsinin qarşısında itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.