Türkiyədə 42 deputatın toxunulmazlığı ləğv edilə bilər.
Yenicag.az xəbər verir ki, bu barədə təkliflər Türkiyə Böyük Millət Məclisinə (TBMM) daxil olub.
TBMM-yə daxil olan 42 millət vəkilinə aid 65 toxunulmazlıq sənədinin 34-ü PKK terror təşkilatının siyasi qolu olan Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlara məxsusdur.
Bundan başqa, sənədlərin arasında Zəfər Partiyasının sədri Ümid Özdağa aid olanı da var.