Türkiyədə 42 millət vəkilinin toxunulmazlıq hüququ ləğv edilə bilər.
Yenicag.az-ın Türkiyə bürosunun məlumatına görə, toxunulmazlıq sənədləri artıq Türkiyə Böyük Millət Məclisinin (TBMM) müvafiq komitəsinə daxil olub.
Toxunulmazlıq hüququnun ləğv edilməsi tələb olunan şəxslər arasında müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və Xalqların Demokratik Partiyasının (HDP) idarəediciləri var.