42 yaşlı general işdən azad edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Raul Zeynalov vəzifəsindən azad edilib.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü R.Zeynalov 2021-ci ildə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.