420 qaziyə əlillik dərəcələri təyin olunub

“Vətən müharibəsində yaralanan qazilərdən artıq 420 nəfərə müvafiq əlillik dərəcələri təyin olunub”.

Yenicag.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov deyib.

Onun sözlərinə görə, hazırda proses davam edir:

“17 nəfər yüksək texnologiyalı protezlə təmin edilib”.

O, əlavə edib ki, növbədə duran və yuxarı ətraf yüksək texnologiyalı protezlərin təmin olunması üçün İslandiya şirkəti dəvət edilib:

“Qazilərin yuxarı ətraf ölçüləri götürülüb. Altı-səkkiz həftə sonra qazilərin təminatı həyata keçiriləcək. Qarabağ qazilərinin protez təminatı ilin sonuna qədər tamamlanacaq”.