SON DƏQİQƏ: Sumqayıtda güclü YANĞIN – VİDEO

Sumqayıtda güclü  yanğın başlayıb. 

Yenicag.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.