43 milyonluq yarışın qalibi Federer oldu

İsveçrəli tennisçi Rocer Federer mötəbər “Australian Open”in birinci “Böyük dəbilqə” seriyası mövsümündə ilk yarışın qalibi olub.

Yenicag.az xəbər verir ki, finalda R.Federer xorvatiyalı Marin Çiliçə üstün gəlib. Oyun 6:2, 6:7 (5:7), 6:3, 3:6, 6:1 hesabı ilə dünyanın ikinci raket ustasının xeyrinə bitib. Final matçı 3 saat 6 dəqiqə davam edib.

Yarışın ümumi uduş fondu 43 milyon dollardır. 36 yaşlı Federer üçün bu, karyerasında sayca 6-cı “Australian Open” yarışı və ümumilikdə 96-cı qalibiyyət olub. İsveçrəlinin “Böyük dəbilqə” seriyasında 20 qələbəsi var.

COP29