Türkiyədə fəaliyyət göstərən azərbaycanlı yazar Furkan Azəri İŞİD-in bəzi mücahidləri agent adı ilə edam etdiyinə diqqəti yönəldərək bu zalımlıqları vaxtında görüb qiymətləndirməyə çağırıb:
“Artıq İŞİD-in bu zülmünü, zalımlıqlarını, hicrət etmiş mücahidləri agent adı ilə necə edam etdiklərini görün. Anlayın və onlara dəstək verməyin, sıralarına qoşulmayın. İŞİD-in həbsxanalarında 2 minə yaxın döyüşçü var. Mən soruşuram: “Nüsrət Cəbhəsi ilə döyüşməyə isti baxmırıq” deyən necə mücahidi agent adı ilə öldürdülər? Elşad, Həmzə Əbu Ömər, Əli, Huzeyfə, Əbu Osman və başqaları nədən öldürüldü? Məhkəmə etmədən edam edən qruplar hansı ölkənin agentləridir? İŞİD həbsxanalarındakı işgəncələr “Abu Garip” də görünməyib. Mücahidləri aldadaraq onların qanlarını, ailələrini, yetim qalacaq uşaqlarını düşünmədiklərini görmürsünüz? İŞİD Allahın dinindən, müsəlmanların qanından və İslam davasından daha çox öz mənafeyini düşünmürmü?”
F.Azəri mücahidlərə müraciətlə “Qafqazda, Azərbaycanda, Orta Asiyada, Türkiyədə və bütün dünyada bizi oxuyan müsəlmanlar: İŞİD-in bu zülmünü və zalımlığını görün və onlara dəstək verməyin” deyə vurğulayıb .
Xatırladaq ki, İŞİD-in meydana çıxdığı dövrdən bəri F.Azəri terrorçu təşkilat əleyhinə 10-a qədər yazının müəllifi olub. İslami sosial medyada F.Azəri İŞİD-in sərt tənqidçisi kimi tanınır./interpress.az
TİMETÜRK-də yayımlanan yazının linki:
http://timeturk.com/tr/2015/01/14/yalan-ve-zulum-orgutu-isid.html#.VLcJpCuUdHQ