Cazibədar snayperçi yaxalandı

Ukrayna Təhlükəsizlik Xidməti “Ekstazi” ləqəbli 19 yaşlı snayperçini yaxalayıb.

Yenicag anspress-ə istinadən bildirir ki, bu barədə TX-nin səlahiyyətlisi Markiyan Lubkivskiy açıqlama verib:

“Sizə rəsmən təsdiq edirəm ki, “Ekstazi” ləqəbli 1995-ci il təvəllüdlü Ukrayna vətəndaşı Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin operativ qrupu tərəfindən saxlanılıb”.

Lubkivskiynin sözlərinə görə, snayperçi qız “Donetsk Xalq Respublikası”nin diversiya bölmələrinin tərkibində olub.

Qeyd edək ki, sözegedən snayperçinin bir neçə qətldə iştirakı təsdiq olunub.