Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub.
Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Təməlqoyma mərasimi dövlət başçısının oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri çərçivəsində baş tutub.