Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Tənzilə Rüstəmxanlı: “Bu gün Aqili məhkəməyə verənlər də buradakı Gülən camaatının adamlarıdır”

tenzile-300x224Türkiyədə həyata keçirilən son həbslər üzrə istintaq işində adı hallanan Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı “Qafqazinfo”ya açıqlama verib.
O bildirib ki, “Tahşiyecilər” adlı qrupun nə olduğunu bilmir: “Mənim adım “Ergenekon” işində Vəli Küçük, Sevgi Erenol, Kemal Kerinçsizlə bərabər hallanırdı. Bu gün həmin şəxslər həbsdən bəraət alıblar. Bizim bunlarla dostluğumuzdan dolayı tək mənim yox, ailəmin də, 11 yaşlı qızımın da adını istintaqda işində hallandırıblar. O zamanda bəzi qəzetlər haray-həşir salmışdılar ki, adımız terror təşkilatı ilə hallandırılır. Sonradan məlum oldu ki, bu qurma işdir. Nə qədər ki Türkiyədə vətənpərvər türk milliyyətçiləri, ermənilərə qarşı çıxan insanlar varsa, hamısının adını Ergenekon işinə saldılar. Bu sifarişli məsələ idi və hardan gəldiyi də bəlli idi. Heç bu məsələ ilə bağlı məndən Türkiyədə söz də soruşan olmayıb. Amma Türkiyədə Fətullah Gülən camaatına yaxın olan qəzetlər 2007-2009- cu ildə bu məsələdə mənim adımı hallandıranda məhkəməyə müraciət etdim. Türkiyənin “Qəzeticilər və Yazarlar Dərnəyi” onlar haqqında qınama qərarı belə çıxartdı, təkzib etmələrini istədilər.

İkincisi isə, bu işin qurama olduğunu bilirdik və o zaman 47 QHT təşkilatı mənim rəhbərliyim altında birləşərək bəyan etmişdik ki, Ergenekon davası adı altında həbs edilənlər Azərbaycanın dostlarıdır. Ermənilərlə münasibətlərə mane olmasınlar deyə, bu adamlar içəri alınıb. Zaman göstərdi ki, biz haqlı imişik. Türkiyədə baş verən bu hadisələrə yalnız bizim ailəmiz səsini çıxarıb. Hətta içəri girənlərin ən yaxın dostları belə səslərini çıxarmırdı. Biz bunların Türkiyə və dövlətimiz üçün təhlükləli olduğunu bilirdik. Bu gün Azərbaycanda Gülən camaatını bəsləyən nazirlər var, məktəbləri güclü səviyyədədir. Məlum oldu ki, dövlətin müxtəlif satrukturlarında onların adamları oturub. Bu gün də tərəfdarları var. Onların seçdirdikləri millət vəkilləri Azərbaycan parlamentində oturublar. Mən hələ 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə onlar haqqında tədbir görülməsi üçün müraciət etmişdim. Onlarla bağlı konfranslar təşkil etmişəm. Azərbaycanın çox ciddi qurumları həmin hərəkata maliyyə dəstəyi verir”.

T. Rüstəmxanlı qeyd edib ki, onun Aqil Ələsgərlə, Hüseyn Büyükfıratla da əlaqələri ola bilər:”H. Büyükfırat burada çalışan, yaşayan adamdır. Aqil Ələsgər də göydən göy zənbillə gəlməyib, ya da yerin deşiyindən çıxmayıb ki. O jurnalistdir və illərdir ki, onu tanıyırıq. A. Ələsgər həmin caamata qarşı ən ciddi yazıların müəlifidir. Niyə də onun adı keçməsin ki . Keçməsə, təəccüblənərdim və keçməsi qədər də normal bir şey bilmirəm. Bu gün Aqili məhkəməyə verənlər də buradakı Gülən camaatının adamlarıdır”.

Günel

www.yenicag.az

302