Reklam: High Technic
hightechnic

Rabitə Nazirliyi ermənipərəst sektanı “Azerspace”yə buraxdı- FAKT

2232Türkiyənin qalmaqallı sektalarından olan Adnan Oktar sonunda A9 telekanalını Azərbaycanın peyki olan “AZERSPACE”də yayımlandırmağı bacardı. Dünəndən etibarən onun azərbaycanlı və türk müridləri bu barədə şadyanalıq edirlər.

Qeyd edək ki, Harun Yəhya ləqəbi ilə məşhur olan Adnan Oktar Türkiyədə erməni sevgisi ilə tanınır. Onun arxasından gözdən pərdə asmaq üçün asdığı Azərbaycan bayrağına aldananlar sözlərini nədənsə oxumaq və dinləmək istəmirlər. Belə ki, Adnan Oktar çıxışlarında erməniləri “milləti sadıka” adlandırır və qeyd edir ki, “Ermənilər Qarabağdan niyə çıxsınlar ki? Onlar oranı qanla aldılar”. Başqa bir çıxışında isə “Canımız-ciyərimiz evladımız olan ermənilər Osmanlıda bizim gözəlliyimizdi. Tər-təmiz, nur kimiydilər.  Milləti sadıka (sadiq millət) deyirdik. Osmanlı dönəmində erməni qardaşlarımıza generallıq verirdik.”  (1:11 dəqiqədən sonra)  deyərək, erməni sevgisini ortaya qoyur.

Xatırladaq ki, keçən il həmin sektanın Azərbaycanda aktivlik göstərdiyinə dair xəbərlər yayıldıqdan sonra fəaliyyətləri zəifləsə də, yenidən gücləniblər. Görünür ki, Azərbaycan iqtidarında bəzi şəxslərin gözəl qızlara olan həvəsi onların yolunu açıb. Çünki həmin sektanın  Türkiyədə də insanları bu yolla şantaj etməsi faktı hələ 2000-ci illərdən bəllidir və dövrün daxili işlər naziri Səadəddin Tantan Adnan Oktar üçün “Öcalandan daha təhlükəlidir” demişdi.

Elnur-Ceyhun“AZERSPACE”nin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olduğunu nəzərə alsaq, bu məsələdə Adnan Oktarın müridlərinə Elnur Aslanovun dəstək verməsi versiyası ağlabatandır. Çünki fətullahçılarla adnançılar üzdə nə qədər zidd olsalar da, hər ikisinin arxasındakı güc eynidir və hər ikisi Türkiyədə eyni hədəfə vururlar. Eləcə də, Adnan Oktarın müridləri Ceyhun Osmanlı və Rauf Mərdiyev dönəmində “İrəli”nin əsas seminar aparıcıları idilər.

Yaxın dostları Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri  təyin olunduqdan sonra bu nazirliyin xidmətləri də onların üzərinə açılıb.

Yəqin ki, başda hörmətli nazir Əli Abbasov olmaqla, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ermənipərəst sektanın Azərbaycan peykindən istifadə edərək, təbliğat aparmasına hansı səbəbləri əsas gətirərək, icazə verdiklərini ictimaiyyətə açıqlayacaqdır.

2232 (1)Ermənilər onların əleyhinə fəaliyyət göstərən bir qaranlıq sektanın onların efir məkanına daxil olmasına necə yanaşardılar?

Xatırlatmaq istərdik ki, bu Adnan Oktarın dövlət qurumlarına sızmasına aid ilk hal deyil. Onlar “terrorizmlə mübarizə” adı altında bir sıra dövlət qurumu ilə də çox isti əlaqə qura biliblər.

Adnan Oktarın ermənipərəst missioner fəaliyyəti ilə bağlı yazıları aşağıdakı linklərdən oxuya bilərsiniz:

http://yenicag.az/erm%C9%99nip%C9%99r%C9%99st-adnan-oktarin-gizli-az%C9%99rbaycan-plani-2/

http://yenicag.az/adnan-oktardan-yeni-erm%C9%99nip%C9%99r%C9%99st-mesajlar-foto-video-2/

 

www.yenicag.az

148