!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə hüquq skandalı: Gülən dövlətə meydan oxuyur

!Reklam – Yazi

08_8Türkiyə məhkəmə tarixində növbəti skandal yaşanıb. Belə ki, İstanbul 32-ci Əsli Cəza Məhkəməsi “Samanyolu” TV-nin rəhbəri Hidayət Karaca, məşhur fətullahçı polislər Yurt Atayün, Ali Fuat Yılmazer də daxil olmaqla, Gülənin Türkiyədəki ən önəmli adamlarının azadlığa çıxmasına dair qərar qəbul edib.

Ancaq son anda Növbətçi Sülh Cəza Hakimliyi “Təxliyyə tələbinin dəyərləndirmə səlahiyyətinə” dayanaraq, bu qərarın icrasını dayandırıb. Qərarda qeyd olunub ki, Əsli Cəza Məhkəməsinin istintaqı davam edən prosses ilə bağlı qərar çıxarma səlahiyyəti yoxdur.

Qeyd edək ki, bundan öncə də həmin məhkəmənin belə bir vəzifəsinin olmadığı bildirilib. Lakin uzun illərdən bəri məhkəmə sistemi içərisində də öz şəbəkəsini quran Fətullah Gülən Örgütü dövlətə qarşı meydan oxumağa davam edir.

Seçki prossesində də müxalifət cəbhəsində aktiv iştirak edən FTÖ bir tərəfdən də içəridəki əsas adamlarının azadlığa çıxması üçün müxtəlif oyunlar qururlar. Ərdoğan ilə Davudoğlunun arasını pozmaq yolunda da ciddi çalışan Paralel Şəbəkə  son addımı ilə hüquq sistemini camaatçılardan təmizlədiyini düşünən Ərdoğana meydan oxudular.

Hər nə qədər son anda qərarın icrasına müdaxilə edilsə də, Gülən bununla sürpriz edə biləcəyini ortaya qoydu.

Yenicag.az

 

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv