“Terrorun GÜLƏN üzü” türk mediasında…

QpsqZbokCR3jXəbər verdiyimiz kimi, “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin “Terrorun gülən üzü” adlı kitabı işıq üzü görüb. Azərbaycanda və bölgədəki misyoner fəaliyyətlərə, xüsusilə Fətullah Gülən Şəbəkəsi ilə bağlı araşdırmalara yer verilən kitabın İmza günü Türkiyədə də böyük rezonans doğurub.

Türk mediası Aqil Ələsgərin kitabını “Gülən örgütü ilə bağlı sensasiyalı kitab” deyə, təqdim ediblər.

Türkiyənin nüfuzlu Ulkehaber.com və Habershow.net xəbər portalları Aqil Ələsgərin kitabı ilə bağlı xəbəri “Azerbaycan’daki Gülen yapılanması deşifre oldu!” başlığı ilə veriblər. Türkiyədə fəaliyyət göstərən Haberazerbaycan.com saytı isə xəbəri “Azerbaycan’da Gülen Örgütüne karşı yeni kitap yayınlandı” deyə, manşetdən verib.

Qardaş ölkənin ən çox izlənilən telekanallarından olan “Ulusal kanal” Aqil Ələsgərin kitabı ilə bağlı reportaj yayınlayıb və kanalın rəsmi saytında “Azerbaycan’da Gülen Örgütü aleyhine sansasyon kitap yazıldı: Terörün Gülen yüzü!” başlığı ilə əsas xəbər olaraq verilib.

Bundan başqa Türkiyədə daha çox populyar olan “Twitter” Sosial Şəbəkəsində bir sıra yazarlar və aktivistlər kitabla bağlı ciddi kampaniyaya başlayıblar. Türk mediasında “Terrorun gülən üzü” kitabı ilə bağlı xəbər yayımlandıqdan az sonra yüzlərlə “Twitter” istifadəçisi xəbəri paylaşıb.

Paylaşanların əksəriyyəti yazara kitabın Türkiyədə nə zaman çap olunacağı ilə bağlı suallar da ünvanlayıblar.

4sG69Rey27fm 20rZXVumha9R a6V182626uSZ J4ViN9yJ407j QpsqZbokCR3j

ulke_haberulusal haber_azerbaycan haber_sho