!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“44 günlük müharibədə darmadağın olan Ermənistan ya anlaşmaya gedəcək, ya da...” – AKP-li deputat

!Reklam – Yazi

“Əgər vasitəçi ölkələr vaxtında ədalətli mövqe tutsaydılar, o zaman minlərlə insanın ölümü ilə nəticələnən savaşa da ehtiyac qalmazdı”.

Bu fikirləri 2020-ci il 44 günlük Vətən müharibəsinin başlamasının 2-ci ildönümü ilə bağlı fikirlərini bölüşən Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın bu müharibədə qazandığı böyük zəfər nəticəsində regionda yaranan yeni reallıq dönməz şəkil alıb:

“Öncə 44 günlük Vətən savaşında şəhid olmuş üç minə yaxın Şəhidimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm. Bu zəfər məhz onların misilsiz fədakarlığı sayəsində qazanılıb və hər zaman anılacaq, yüksək qiymətləndirəcək.

Bildiyiniz kimi, iki il əvvəl bu savaş durduğu yerdən başlamadı. Azərbaycan ərazilərinin iyirmi faizini işğal edən Ermənistanın qlobal havadarlarına güvənərək zəbt etdiyi torpaqlardan çıxmaması, təxribatlarına ara verməməsi yekunda Azərbaycan üçün bu müharibəni qaçılmaz etdi.

İndi xaricdə, bəlkə də, çoxları düşünür ki, Azərbaycan niyə müharibəyə əl atdı? Onlara demək istərdim ki, bu sualı ilk əvvəl 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinə dəstək olan, Azərbaycana təzyiqlər göstərən, bununla da işğal dönəminin uzanmasına səbəb olan ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ, Fransa v Rusiyaya ünvanlasınlar.

Əgər bu ölkələr vaxtında ədalətli mövqe tutsaydılar, o zaman minlərlə insanın ölümü, on minlərlə insanın yaralanması ilə nəticələnən savaşa da ehtiyac qalmazdı. Amma o ölkələr öz maraqlarından çıxış edərək hər zaman işğalçı Ermənistanı dəstəklədilər. Azərbaycanın da səbrinin hüdudu vardı və o bitən kimi öz ərazilərinin mütləq hissəsini 44 gün ərzində azad etdi.

Təəssüf ki, Ermənistan təslim aktını imzaladıqdan sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən nəinki yayınır, hətta yeni təxribatlara əl atır. Azərbaycan bu təxribatların qarşısını alır və belə hərəkətlərə layiqli cavab verir. Ancaq aydındır ki, Ermənistan öhdəliklərini yerinə yetirməli və anlaşmaya getməlidir. 44 günlük müharibədə darmadağın olan Ermənistan ya anlaşmaya gedəcək, ya da daha ağır nəticələrlə üzləşəcək.

Digər tərəfdən, Ermənistanın bu mövqeyi Türkiyə ilə normallaşma prosesinə də mane olur. Ona görə də İrəvan bu siyasətin onu gözləyən nəticələrini gözə almalıdır.

Sözümün sonunda bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə sağlıqlı həyat arzulayıram. Allah Azərbaycan və Türkiyəyə hər zaman zəfər nəsib etsin”.

A.Zeynalov

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv