Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

44 günlük Vətən Müharibəsində iştirak etmiş media nümayəndələri ilə görüş keçirildi

5 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində 44 günlük Vətən Müharibəsində iştirak etmiş media nümayəndələri ilə görüş keçirilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti nəticəsində qazanılan şanlı Zəfərin ildönümünə həsr olunmuş tədbir torpaqlarımızın azadlığı uğurunda canından keçmiş Vətən övladlarının, o cümlədən bu ilin iyunun 4-də öz vəzifə borclarını yerinə yetirərkən Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və Azərtac-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Müzəfər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun xalqın birliyindən ruhlanaraq torpaqlarımızı işğaldan azad etməsinin tarixi əhəmiyyətini vurğulayıb. “44 günlük Vətən Müharibəsində media nümayəndələri öz qələmlərini süngüyə çevirməyi bacardı”,- deyə Əhməd İsmayılov bildirib ki, Azərbaycan jurnalistlərinin ön cəbhədə hərbçi kimi, reportyor kimi iştirakı yüksək qiymətləndirilir. Tədbir iştirakçılarına Medianın İnkişafı Agentliyinin jurnalist peşəkarlığnının artırlmasında rolu və Agentlik tərəfindən keçirilən təlimlər barədə məlumat verilib. Həmçinin jurnalistikanın müxtəlif sahələri üzrə ixtisaslaşmış klubların yaradılmasına dair müzakirələr aparılıb.

Görüşdə çıxış edən hərbi ekspertlər Ruslan İmamquliyev, Əlisəfa Mehdi, Qarabağ qazisi Rey Kərimoğlu, Vətən müharibəsi iştirakçısı İlham Tumas və digərləri ixtisaslaşmış klubların yaradılması ilə bağlı dəstək ifadə ediblər. Görüşdə media savadlılığının artırılmasına dair fikir mübadiləsi aparılıb.

www.yenicag.az

194
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100