44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edildi

İş adamı, tanınmış ziyalı Xəqani İbrahimovun “Müzəffər Ali Baş Komandan” adlı yeni kitabı çap olunub.

Yenicag.az xəbər verir ki, kitabda Azərbaycanın apardığı və zəfərlə bitən 44 günlük Vətən savaşından bəhs edilir. Xəqani İbrahimov bu kitabında 44 günlük müharibəni oxuculara xüsusi xronologiya ilə çatdırıb. Kitab giriş də daxil olmaqla 7 bölmədən ibarətdir və bütün bölmələr də bir-birindən maraqlı və aktualdır.

“Müzəffər Ali Baş Komandan” kitabına öz sözü Millət vəkili, Akademik, Əməkdar elm xadimi Nizami Cəfərov yazıb.

Nizami Cəfərov bildirib ki, “Müzəffər Ali Baş Komandan” kitabını Vətən müharibəsinin qaranquşu hesab edir.

Kitabı ölkənin kitab mağazalarından əldə edə bilərsiniz.