44 yaşlı kişi narkotikdən öldü – Şirvanda

Şirvanda 44 yaşlı kişi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qəbul etməsi nəticəsində ölüb.

Yenicag.az ONA-ya istinadən xəbər verir ki, hadisə saat 23:30 radələrində Şirvan şəhəri, Naxçıvan küçəsində baş verib.

Şirvan sakini, 1975-ci il təvəllüdlü Yaqubov Rahim Mürvət oğlu narkotik vasitəni artıq dozada istifadə edərək komatoz vəziyyətə düşüb. Halı pisləşən R.Yaqubov Şirvan şəhər Xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

COP29