!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

44 yaşlı qadın Premyer Liqa klubunu satın alır - Fantastik qiymətə

!Reklam – Yazi

İngiltərənin “Nyukasl” klubunun sahibi qadın ola bilər.

Yenicag.az xəbər verir ki, söhbət Amanda Steyvlidən gedir. Britaniya mətbuatının yaydığı xəbərə görə, o, kluba sahib olmaq üçün 400 milyon funt-sterlinqindən keçib.

Məlumata görə, 44 yaşlı ingiltərəli Amanda bu istəyində israrlıdır. Məsələ burasındadır ki, Amanda əvvəlcə Premyer Liqa klubunun sahibi Mayk Eşliyə 250 milyon funt təklif edib. Ancaq Eşli Steyvlinin təklifindən narazı qaldığı üçün məbləği artırmasını istəyib. Tərəflər arasında yanvar-fevral ayında razılığın əldə olunacağı bildirilir.

Qeyd edək ki, Amanda Steyvli 28 milyard funt-sterlinq büdcəyə sahib “PCP Capital” adlı şirkətin sahibidir. Onun şirkəti maliyyə sektorunda fəaliyyət göstərir.

Maraq üçün onu da bildirək ki, Amanda şahzadə Andvrevin keçmiş sevgilisi kimi tanınır. O, 2008-ci ildə “Mançester Siti”nin Şeyx Mansura satılmasında iştirak edib.

www.yenicag.az

1983
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv