!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vampirlərlə bağlı tükürpədici araşdırma – Şok faktlar

!Reklam – Yazi

vampir“Vampir” anlayışını ilk dəfə elmə gətirən Babil xalqı olub.

Uğursuzluğun simvolu sayılan vampirlər haqqında ilk yazılı məlumata Babil mənbələrində rast gəlinir. O zamandan bəri vampirlərin qorxunc fəaliyyəti insanların canına vəlvələ salır. Hətta  vampirlərin öldükdən sonra dirilməsi barədə rəvayətlər də gəzirdi.  Belə rəvayətlər orta əsrlərdə daha geniş yayılmışdı. Deyilənə görə, onlar gecələr olduğu kimi gündüzlər də ova çıxırdılar.

Qeyd edək ki, ilk vampir sümüklərinə Çexiyanın Praga şəhərində rastlanıb. Cəsədin vampir olduğu ilk növbədə məzarın quruluşundan anlaşılırdı. Eyni zamanda vampir  məzarları daş ilə doldurulurdu. Digər versiyaya görə, ölü vampirin cəsədi qrımızı və şişman şəkildə olurdu. Vampirlərin yenidən dirilməməsi üçün üzü üstə basdırılırdı.

Orta əsr mənbələrinə istinadən bildirilir ki, vampirlər əsasən dərin quyularda basdırılırdı. Üzü üstə basdırılmasının səbəbi isə  vampirin yenidən dirilməməsi üçün edilirdi. İnanca görə, vampir yenidən  ayılır və bu zaman çölə çıxmaq üçün yeri qazmağa başlayır. Üzü üstə olan vampir daha da dərinə qazaraq cəhənnəmə özü üçün yol açır.

Hətta bəzi rəvayətlərə görə vampirlər məzardan çıxarılaraq bədəni deşik-deşik edilirdi.  Belə olan halda vampirin içindəki pis ruhlar o deşiklərdən uçub gedirdi.  Daha sonra onun ürəyi çıxarılırdı. Onun bədəni 6 ay çürüməli idi. Bütün bu proseslərdən sonra vampir yenidən basdırılırdı.

vampir2Vampirin məzarı bəlli olsun deyə oraya xaç vurulurdu.

Vampir tərəfindən dişlənilən biri onun külünü qəbul etməli idi.  Həmin şəxs yandırılan vampirin külünü su ilə qatıb içirdi.

Vampirlərin digər özünəməxsusluğu  onda idi ki, onlar yaşadığı müddətcə çürüyərdilər.  Bunun səbəbi isə onların müntəzəm olaraq qanla qidalanması idi. Ona görə də vampirlər özlərini aşkara verməmək üçün həmişə qara paltar geyinərdilər.  Lakin bəzi ağıllılıarı insan orqanları yeyirdilər ki, çürümənin qarşısını alsınlar.

Əfsanələrə görə, vampirlər “profiria” xəstəliyinin daşıyıcısı idilər.  Belə insalarda dəridə göyərmə və dişlərdə isə qaralma müşahidə edilirdi. Bədənləri daim qan tələb edirdi.

Tarixdə vampir hökmdarların olduğu da deyilir. Vlad Tepeş və Elizabet Batorini buna misal göstərə bilərik. III Vlad sadəcə bir manyak idi. İnsanları ucu iti taxtaya keçirir, daha sonra onların qanlarını bir böyük qaba doldurtduraraq içirdi.

Elizabet isə insan qanının onu daha gənc saxlayacağına inanırdı. Hakimiyyəti illərində minlərlə bakirə qızı öldürdüb qanından vanna qəbul etmişdir.

Vampirlər haqda lentə alınan ilk ağ-qara “Drakula” filmi şedevr televiziya işlərindən biri hesab olunur.

VVilyams adlı bir akademikin apardığı araşdırmalara əsasən vampirlər müasir dövrümüzdə hələ də yaşayırlar.  Vampirlərin dini ayinləri icra etdiyi məkanlar tapılsa da özləri haqqında kiçik də olsa məlumat əldə edilməyib.

Yenicag.az

www.yenicag.az

5947
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv