!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandakı kripto-fətullahçılar – VII Yazı

!Reklam – Yazi

mansetFətullahçıların “erməni məsələsi” və ya Strateji Araşdırmalar Mərkəzi hansı dövlətə xidmət edir?

Azərbaycanda Fətullah Gülən Şəbəkəsi ilə bağlı müdafiədə bir xətt xüsusilə diqqət çəkir. Bu xətt digərlərindən onunla fərqlənir ki, bu xətti müdafiə edənlər açıq şəkildə Güləni müdafiə etmirlər. Onları digərlərindən fərqləndirən daha ağıllı taktika ilə hərəkət etmələridir. Onların təbliğat formaları bu şəkildədir:

  1. Gülən Azərbaycanda çevriliş edə bilməz. Bizim dövlətimiz buna imkan verməz.
  2. Fətullahçıların Azərbaycanda yetərincə dəstəyi yoxdur.
  3. Onlar sadəcə təhsil sahəsindədirlər və siyasi hakimiyyətə maraqlı deyillər.

 

Göründüyü kimi, Gülənin dövlət üçün təhlükə olması faktorunu elə gəlişigözəl cümlələrlə ört-basdır edirlər ki, məharətlərinə böyük bir alqış düşür. Bu əslində CIA-nın “dövlət reflekslərini keyləşdirmə” taktikasıdır. Əlbəttə ki, hər birimiz dövlətimizin güclü olmasını istəyirik. Ancaq ən güclü dövlətin belə refleksləri keyləşdiyi zaman onun müqavimət gücü sıfıra enir. Necə ki, Türkiyə hazırda bu problemin altında əziyyət çəkir. Süni düşmənlər yaradaraq, dövlətin içində onlara qarşı olan milli qüvvələri çıxdaş edən Paralel Yapı son mərhələdə deşifrə olsa da, onu dövlətin damarlarından və bağırsaqlarından təmizləmək heç də asan məsələ deyil. Bu gün Türkiyənin istər daxilində, istərsə də xaricində türk  pasportu ilə gəzərək, əslində dirənişlərini davam etdirirlər. Bizim reflekslərimizin keyidiyi anda vəziyyətimiz 90 illik cümhuriyyətdən daha pis olacağını indidən demək mümkündür. Bəs nə etməli? Qanun sadədir: Dövlətin refleksləri heç vaxt keyiməyəcək və özünəarxayınlıq edilməyəcəkdir. Çünki hər zaman ən böyük zərbə gözləmədiyindən gəlir. 

 

Gülənin siyasi məqsədlərinin olmadığını iddia edənlər üçün isə bu şəxs haqqında İddianamə hazırladığı üçün şantaj olunan və “vurulan” prokuror Nuh Mete Yüksəlin təsdiqlənmiş iddialarından sitatlar gətirmək istərdim. Nuh Mete Yükselin hazırladığı sənəd bu gün aktuallığını qorumaqdadır.Təəssüf ki, zamanında Gülən məhz siyasi dəstəyin yardımı ilə bu ittihamlardan məhkum edilməsin deyə, Pensilvaniyaya qaçırıldı.

 

 

FƏTULLAH GÜLƏN ŞƏBƏKƏSİ

HAQQINDA RƏSMİ İDDİANAMƏDƏN SEÇMƏLƏR

 

Türkiyə Cümhuriyyəti Ankara Dövlət Təhlükəsizlik Məhkəməsinin prokuroru Nuh Mete Yükselin Fətullah Gülən Şəbəkəsi haqqında hazırladığı  19207 saylı İddianamə Türkiyənin cümhuriyyət tarixinin ən qalmaqallı geniş iddianamələrindən biridir. Gülən haqqında mövzuya toxunaraq, bu iddianamədə yer alan mühüm məqamlara toxunmamaq doğru olmazdı. Bu səbəbdən də iddianamənin bəzi mühüm bölümlərini sizə təqdim edirik

 

Fətullah Gülən Qrupunun məqsədi

 

Fətullah Gülənin məqsədi dövlətin bütün sistemlərində teokratik bir diktatorluq qurmaqdır.

Fətullah Gülən dünyəvi, demokratik bir hüquq dövləti olan Türkiyə Cümhuriyyətinin fəaliyyətinə son verib, yerində şəriət qanunlarının əsas alındığı dini dövlət qurmaq üçün məktəblərində beynini yuduğu gənclər ilə cəmiyyətdən istifadə edəcəyi təsbit edilib.

Fətullah Gülənin demokratik şəraitdən istifadə edərək, «ılımlı İslam» görüntüsü ilə ört-basdır etdiyi yolla, cəmiyyətin böyük bir hissəsinin xoş qarşıladığı məktəblərdən vasitə kimi istifadə etməklə, Papa ilə görüşərək, təkcə Türkiyədə deyil, dünyadakı müsəlmanların üzərində liderlik etmək istəməsi ilə, siyasi partiya, tanınmış şəxslər və bəzi dövlət orqanları ilə yaratdığı əlaqələrdən hədəfinə çatmaq üçün istifadə etməsi, dini və siyasi fəaliyyətlərinin güclü şəkildə reallaşması üçün lazım olan qaynağı məlum olmayan maliyyə dəstəyi ilə ölkəmizdə ən güclü və təsirli ekstremist şəbəkə olaraq dəyərləndirilmişdir.

 

Fətullah Gülən Qrupunun məqsədi strategiyası

 

Fətullah Gülən, müdafiə etdiyi ideologiya üçün leqal görünən yolla və sahib olduğu maddi güc ilə:

  1. A. Qurduğu şəbəkənin içindəki vəqf, məktəb hazırlıq kurslarından istifadə edərək, onun siyasətinə uyğun yetişdirilmiş gənclərdən bir taban yaratmaq;
  2. B. Dövlətin bütün orqanlarının, xüsusilə Milli Egitim (Təhsil) Nazirliyinin Əmniyyət (Polis) Təşkilatının içinə sızmaq orada tədricən mütləq çoxluğu əldə etmək;
  3. C. Xaricdə Türkiyədə qurulacaq siyasi dini quruluşa simpatiya ilə baxacaq bir gənclik yetişdirmək istəyir.

Fətullah Gülən gizliliyə meyilli fəaliyyəti, tərəfdarlarının ona son dərəcə bağlı olması, təsirli, qərarlı mərkəzi idarəetmə sistemi ilə çalışan şəbəkəsi ilə ən güclü ekstremist şəbəkədir.

Fətullah Gülənin təşkilatlanması

 Fətullah Gülənin şəbəkəsi yuxarıdan aşağıya doğru belə idarə olunur:

Təşkilatın rəhbəri:Fətullah Gülən;

Məsləhətçi şura;

Şəhər imamları;

İş adamlarını idarə edən imamlar;

Əyalətlər üzrə imamlar;

Evlər üzrə imamlar;

Şəbəkə üzvlərini nəzarətdə saxlayan imamlar

 

Fətullah Gülənin siyasi hədəfləri

Fətullah Gülən ilk mərhələdə açıq mübarizə ilə hədəfə çatmanın çox ciddi zərər verəcəyini dəqiqləşdirdiyi üçün, mövcud sistemi yıxmaq əvəzinə, dövlət modelinə uyğun alternativ bir sistem qurmağı hədəf seçib. Bu səbəbdən də bütün dövlət orqanlarında, seçkili orqanlarda və QHT sektorunda təşkilatlanmağa başlamışdır.

Gələcəkdə dövlət idarəetməsini öz nəzarəti altına almaq üçün qısa müddət ərzində bütün dövlət müəssisələrindəki ştatlara öz adamlarının gətirilməsini və ya bu vəzifələrdə çalışanların ona bağlanmasını hədəfləmişdir. Uzunmüddətli planı isə dövlətə tam nəzarət üçün təhsil sektorunda son dərəcə güclü təşkilatlanmaqdır.

Hədəf qurum quruluşlar

Fətullah Gülənin fikrincə, hərbi, hüquq, təhsil və mülki təşkilatlar ələ keçirilməsi vacib olan quruluşlardır.

Yüksək çinli məmurlar və Daxili İşlər Nazirliyi və Polis Təşkilatında şəbəkələşmək camaatın əsas məqsədlərindən biridir.

Yüksək Öyrətim Qurulu və Milli Egitim (Təhsil) Nazirliyi 5-6 il əvvəl yeni universitetlərin kadr ehtiyacını qarşılamaq üçün xaricə minlərlə tələbə göndərdi. Bu tələbələrin hər biri üçün ildə 40 min ABŞ dolları xərclənir. Hər fürsətdən istifadə edən camaat bundan da faydalandı. Çünki xaricə göndərilən tələbələrin böyük əksəriyyəti bu dinçi şəbəkəyə məxsusdur. Bu dəqiqə dövlətin pulu ilə gələcəkdə dövlət universitetlərində dərs vermək üçün Amerika, İngiltərə, Fransa başda olmaqla xarici dövlətlərdə təhsil alan yüzlərlə qatı fətullahçı var.

Fətullah Gülən Qrupunun strategiya taktikası öz qələmi ilə

Qeyri-leqal şəbəkəsinin strategiya və taktika ilə bağlı Gülən öz kitablarında bunları yazıb:

 Fasıldan Fasıla 1″ adlı kitabda yazılanlar;

Məsuliyyətli bir xidmətçi söyləyəcəyi şeyləri hər dəqiqə deməz. O, söyləməməsi vacib olanları vaxtından əvvəl söylərsə, ona yaşama haqqını tanımayanlar meydana çıxa bilərlər. Şərtlər onun əleyhinə dönə bilər. Dolayısı ilə sıxıntılı bir atmosferə düşə bilər(Səhifə:119).

Fasıldan Fasıla 2″ adlı kitabda yazılanlar;

Hədisdə mömün əkinə bənzədilir. Bəla və müsibətlər qarşısında o, fırtına önündəki kimi əyilir, yerə yatır və fırtına sakitləşəndə ayağa qalxar. Bizim bu xüsusiyyətimiz şeytan cəbhəsini narahat edər… Keçən dəfə onlardan biri bu durumu hiss etdiyindən, eyni ilə bu misalı çəkərək, müəyyən qüvvələrin diqqətini çəkirdi ki, “onlar fırtına önündə əkin kimi davranırlar, bu durum sizi aldatmasın” deyirdi(Səhifə: 273).

Asrın Getirdiyi Tereddütler 4″ adlı kitabda yazılanlar;

Edilən hərəkət kimə qarşı edilirsə, onlara qarşı fəaliyyətlərimiz özlərinin heç sezməyəcəyi və hiss etməyəcəyi şəkildə etdirilmədən edilməlidir. Bunu gedib hədəfi vurub və yaralanmadan da dönə bilmə kimi bir ifadə ilə də söyləmək mümkündür(Səhifə: 207).

Ölçü ya Yoldakı İşıklar 3″ adlı kitabda yazılanlar;

Sizin kimi düşünməyib, fərqli dünyagörüşünə sahib insanları çox faydalı və səmimi insanlar ola biləcəkləri düşüncəsi ilə qəbul edib, sizin qəbul etmədiyiniz düşüncəyə qarşı tələsik qarşı çıxmayın, onları qazanın. Hətta onların düşüncələrindən istifadə edərək, mütləq şəkildə onlarla dialoq qurun. Yoxsa bizim kimi düşünmür deyə, bir bir uzaqlaşdırılan və ya uzaqlaşan qeyri-məmnunlar böyük kütlələr meydana gətirər və qarşınıza çıxıb, sizi yerlə bir edə bilərlər. Narazıların bəşər tarixi boyunca müsbət bir işi göstərilməsə belə, yıxdıqları dövlətlər sayılmayacaq qədər çoxdur(Səhifə: 40).

Fətullah Gülən haqqında dəyərləndirmə

hüquqi durum

Nədən mülkiyyə, ədliyyə və hərbi başda olmaqla dövlət orqanlarında təşkilatlanmaq istəyərkən, xüsusilə bu baxımdan biz istər bu dairədə, istər digər dairədə dostlarımızın qorunması çox önəmlidir. Bu qoruma mövzusunda dediyim kimi, bəlkə işə biganəlikdən istifadə edilə bilər. Yəni, mövcudiyyətinizi hiss etdirmədən, çox irəliyə getmək, bax, bu iki müəssisədə  olduğu kimi önəmli digər müəssisələr vacibdir. Çox irəliyə getmək lazımdır, beləcə can damarları içində dolaşmaq əgər geri dönüləcəksə, yaralanmadan hiss etdirmədən dönülməlidir. Türkiyədə önümüzü kəsdilər. Yeriyə bilmirik, orada durğun sular kimi gölləşmə imici yaradacaqsınız. Onun üçün zorla da olsa yerində yeriyərək, paslanmayacaqsınıztəlimatları verməkdədir?

 

Azərbaycanın kripto fətullahçıları

Diqqət yetirdinizmi, son dövrdə Azərbaycanda Gülən camaatı ilə bağlı yaşananlar nə qədər də “Hocaəfəndi”lərinin təlimatına uyğun gəlir. Asrın Getirdiyi Tereddütler 4″ adlı kitabında yazıldığı kimi “Edilən hərəkət kimə qarşı edilirsə, onlara qarşı fəaliyyətlərimiz özlərinin heç sezməyəcəyi və hiss etməyəcəyi şəkildə etdirilmədən edilməlidir. Bunu gedib hədəfi vurub və yaralanmadan da dönə bilmə kimi bir ifadə ilə də söyləmək mümkündür”(Səhifə: 207).

Öncədən çox rahat şəkildə güc göstərisi edən və qarşılarındakı hər kəsə meydan oxuyan gülənistlər hazırda həm mövcudiyyətlərini qorumaq, həm də şəbəkə üzvü olmadıqlarını “isbat etmək” üçün dirəniş göstərirlər. Və üzdə olan və deşifrə olunmuş gülənistlərdən imtina edərək, 4-cü və 5-ci eşalonlarla yola davam edilir. Bu mərhələdə açıq gülənistlərdən daha çox kripto gülənistlərdən istifadə olunur.

Təəssüf ki, 1915-ci ildə Təhcir qanunu ilə dövlətə qarşı üsyan edən ermənilər sürgün olunsalar da, gizli ermənilər-kripto ermənilər mövcudiyyətlərini qorudular. Üzdə olan erməni komitəçiləri ifşa olunsalar da, o kriptolar dövlətin içinə sızmağı bacardılar. Bu gün Türkiyədə Azərbaycan düşmənçiliyi edənlər sadəcə erməni camaatı deyil, həm də o kriptoların bu məsələdə ciddi rolu vardır. Ümumiyyətlə, xainsiz bir saniyəsi belə olmayan Türkiyənin ən böyük düşməni elə içərisindəki kripto ermənilərdir. Bəs Azərbaycanın? Bəlkə kripto ermənimiz yoxdur, amma erməniyə qardaş deyən kripto fətullahçılarımız var.

 

 

Fərhad Məmmədovla erməni jurnalistin ortaq dostu

Kripto fətullahçılara toxunacağıq. Öncə bir məsələyə toxunaq. Bir neçə gün öncə “Agos” qəzetinin keçmiş yazı işləri müdiri Aris Nalço Qarabağla bağlı çox çirkin iftiralardan ibarət bir yazı yayımladı. Dünyanın Kobaniyə baxışından sui-istifadə edən erməni yazar Qarabağdakı işğalçı ermənilərin evlərini qoruduqlarını iddia etdi. Açığı, bu yazarı bir az yaxından tanımaq istədim və araşdırmağa başladım. Əslində, “Agos” da, onun xətti də bəllidir. Lakin jurnalist marağı güc gəldi. Bəlli oldu ki, Aris Nalço deyilən bu erməninin missiyası çox dərinmiş. Belə ki, bu şəxs Türkiyə-Ermənistan münasibətlərinin qurulması üçün çalışan ABŞ və Avropa Birliyi dəstəkli bir çox proyektin iştirakçısı olub. Bu səbəbdən də Eurasia Partnership Foundation və United States Agency for International Development (USAID) təşkilatlarının hazırladıqları “Türkiyə-Ermənistan bələdçisi” adlı kitabda adı xüsusilə qeyd olunub. Onun erməni-türk əlaqələrinin qurulmasında müstəsna xidmətləri ilə yanaşı bir fikrinə xüsusi önəm verilir: “O da Türkiyə-Ermənistan əlaqələri üçüncü dövlətdən asılı olmamalıdır”. Eyni fikir ABŞ və AB dəstəkli digər ermənipərəstlər tərəfindən də səsləndirilməkdədir. Lakin Aris Nalço ilə eyni mövqeni paylaşan birisi diqqətimi cəlb etdi: Ural Aküzüm. Arı Hərəkatının sədri Ural Aküzüm bu erməni jurnalistlə birlikdə qatıldığı konfransların birində eyni fikri daha sərt şəkildə dinləyicilərə çatdırır.

 

1

Həmin kitabda Ural Aküzüm haqqında yazılanlar digərləri ilə müqayisədə ən az iki dəfə çoxdur. Bu da həmin şəxsin erməni-türk əlaqələrində oynadığı rolun mühümlüyünü ortaya qoymaqdadır. Məsələn, Qara dəniz Gənclik Forumu ilə Ermənistan, Gürcüstan, Ukrayna, Azərbaycan və Türkiyədən olan gənclərin birlikdə qalıb, fikirləri müzakirə etməsindən geniş bəhs olunur. Daha sonra Ermənistan Mətbuat Klubu (Erivan Press Club) ilə birlikdə Avrasiya Fondunun dəstəyi ilə erməni-türk jurnalist əlaqələrinin qurulması proyektini həyata keçirdiyi və bu proyektin Ermənistan-Türkiyə münasibətləri üçün faydalı olduğu qeyd olunur. Ural Aküzümün ermənilərlə bağlı proyektləri bitib-tükənmir. Hətta bu mövzuda AB və ABŞ tərəfindən ən çox dəstəklənən təşkilat da məhz onundur. Biz bu ada harada rast gəlmişdik? Aris Nalçı ilə birlikdə müxtəlif erməni-türk münasibətlərinin yaxşılaşdırılması proyektləri həyata keçirən Ural Aküzüm Gülənin Azərbaycan imamlarından Elnur Aslanovla Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun yaxın dostu olmasın? Özüdür ki, var.

Prezident Adminstrasiyasının sabiq şöbə müdiri, Gülənin gənclər üzrə imamı Elnur Aslanovun, SOCAR-ın Türkiyə nümayəndəsi Kənan Məmmədovun, SAM direktoru Fərhad Məmmədovun çox yaxın dostu, hətta bərabər iş gördükləri şəxsdir bu erməni sevdalısı Ural Aküzüm. Belə ki, SAM-ın Türkiyədə nəşr etdiyi “Caucasus International”jurnalının idarə olunmasında xidmətləri olan U.Aküzümün adı jurnalda Elnur Aslanovdan sonra çəkilən şəxslərdən biri idi.

Necə deyərlər, dostunu göstər, deyim kimsən?

 

2015-ci il parlament seçkilərinin taleyini özünün təyin edəcəyini düşünən və ətrafı tərəfindən “gələcək prezident” adlandırılan Elnur Aslanovun Türkiyədəki dayaqları bax beləcə erməni sevdalısıdırlar. Bəlkə qanunlardakı müvafiq boşluqlardan istifadə edərək, əsgərlikdən yayınmaları da Elnur Aslanovun komandasının erməniyə güllə atmaq istəməmələrindən qaynaqlanır? Məsələn, Elnur Aslanov, Fərhad Məmmədov və digərlərinin sosial şəbəkələrdə dostluğunda olanlar, onların heç hərbi geyimdə şəkillərini görmüsünüzmü? Əsla, görə bilməzsiniz.

 

Çünki Elnur Aslanovun kadr seçimində iki mühüm məqam diqqət çəkirdi:

 

  • Seçiləcək kadr Naxçıvan və ya Qərbi Azərbaycandan olmamalıdır.
  • Seçiləcək kadr hərbi xidmətdə olmamalıdır, olsa da bununla öyünən biri olmamalıdır.

 

Təmiz qanlı Azərbaycan türklərini də sevməyən şəbəkə Gülənin 1990-cı illərdə Azərbaycanda qoyduğu taktikanı davam etdirir və etnik siyasət yürüdürlər. Eyni siyasəti SOCAR-da davam etdirən ARDNŞ-ın kadr məsələləri üzrə vitse-prezidenti Xalik Məmmədovdur. Və əslində bu təəccüblü də deyil. Çünki qarşımızda Gülənə sədaqət andı içmiş, ortaq maraqlar üzrə hərəkət edən bir komanda var. Hər nə qədər hazırki situasiyada parçalanmış, ayrılmış və bir-biri ilə əlaqəsiz kimi görünsələr də, keçmiş gələcəyin aynasıdır. Gülənin Türkiyə dövləti tərəfindən ifşasına qədər bu şəbəkə çox rahat hərəkət edirdi. Demək olar ki, bütün tədbirlərdə birlikdə iştirak edirdilər.

Məsələn, Türkiyədə SOCAR-ın maliyyələşdirdiyi “Xəzər” Strateji İnstitunun İstanbuldakı tədbirlərinin daimi iştirakçıları kimlər idi:

  1. Xalik Məmmədov.
  2. Elnur Aslanov.
  3. Rəbiyyət Aslanova.
  4. Ənvər Özeren.
  5. Qənirə Paşayeva və s.

 

Millət vəkili Qənirə Paşayeva “mənim onlarla heç bir əlaqəm yoxdur” desə də, Gülən məktəblərinin Olimpiadasında “bu məktəblərin memarına” təşəkkür edən məhz o idi. Gülənə bağlı quruluşların (TUSİAB, Çağ və s.) bütün tədbirlərinin daimi iştirakçısı kimlərdi? İzmirdə, Gülənin məktubunun oxunduğu tədbirdə Ənvər Özərənlə birlikdə iştirak edən Qənirə Paşayeva deyildisə, kim idi? Gülən məktəblərini “türk məktəbləri” deyə, göylərə qaldıran, hətta Pakistanda ən güvənli yerin o məktəblər olduğundan danışan millət vəkili doğrudanmı niyə o məktəblərə hücumun olmadığını bilmir? Bilmirsə, izah edə bilərik. Nəinki Pakistanda, hətta İraqda PKK türk firmalarına göz açmağa imkan vermədiyi zamanlarda belə Ərbildəki “türk məktəb”inə kimsə toxunmurdu. Çünki bu məktəblər “türk” yarlığı altında Amerikaya xidmət edir. Amerikan maraqlarına xidmət edənə ABŞ-ın silah verdikləri güllə ata bilərlərmi? Əsla!

 

Havaya sovrulan milyonlar və Aslanovun Baki 2015 planı

 

İnsanları bir araya ya ideologiyaları gətirir, ya da maraqları. SOCAR-ın kadr potensialını öz nəzarətində saxlayan Xalik Məmmədovla Elnur Aslanovu dini əqidələri bir araya gətirməsə də, iki faktor birləşdirmişdi:

  1. Gülən camaatının iki önəmli ismi olmaları.
  2. Azərbaycan dövlətinin sərvətini bərabər talan etmə marağı.

Həm SOCAR-dan maliyyələşən “Xəzər” Strateji İnstitunun, həm SAM-ın, həm də digər qaynaqlardan əldə edilən fondlardan istifadə edən ikili əslində dövlətin pulu ilə özlərinə Ordu qurublar. Dövlət o ordunun bir qismini deşifrə etsə də, Gülən Şəbəkəsinin dövlət içindəki gücü, kadr potensialı hələ də güclüdür.  Xalik Məmmədov və Elnur Aslanovun lahiyələrinə gəlincə, bu lahiyələrdən Azərbaycanın nə qazandığını kim deyə bilər? Belə bir analiz aparaq. Xaricdə tədbirlər nə üçün keçirilir? Təbii ki, Azərbaycanın tanıtımı üçün. Bəs Azərbaycanda niyə təbliğ olunur? Orada görülən işlərdən buradakıların da xəbəri olsun deyə. Deməli, istər SOCAR-ın xətti ilə, istərsə də Elnur Aslanovun dəstəsinin (SAM, ASAİF, İrəli və s.) gördüyü işlərin Azərbaycanda təbliğatında problem yoxdur. Fəqət… Həmin ölkələrin nə ictimaiyyətinin, nə mediasının bu tədbirlərdən xəbəri yoxdur. Misal üçün 2012-ci ilin oktyabr ayında keçirilən Vyana Forumunu göstərək. Azərbaycanda aparılan təbliğata görə, azərbaycanlı tələbələrin Vyana forumu Sultan Süleymandan sonra Avropanı titrədən böyük tədbir idi. SAM direktoru Fərhad Məmmədovun açıqlamasına görə, Forum Azərbaycanın Xarici İşlər, Gənclər və İdman nazirlikləri, SAM, ölkəmizin Avstriyadakı səfirliyi, Gənclər Fondu, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və ASAİF-in təşkilatçılığı ilə keçiriləcəkdi və keçirildi də. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” mövzusunda keçirilən Forum Azərbaycan mətbuatında geniş işıqlandırılsa da, nə Vyananın, nə də digər Avropa mətbuatının diqqətini cəlb etmədi. Yəni, o böyüklükdə proyekt sadəcə Azərbaycanda təbliğ olunmaq üçün idi. Eləcə də, “Xəzər” Strateji İnstitutunun proyektləri… Olduqca yüksək maliyyə büdcəsinə malik bu proyektlərdən Azərbaycan dövlət olaraq, nə qazanıb? Bu ayın 5-də “Xəzər” Strateji İnstitutu İstanbul Universiteti Avrasiya İnstitutu ilə birlikdə “100-cü ilində Erməni məsələsi: Türkiyə-Azərbaycan-Ermənistan münasibətləri” mövzusunda simpozium keçirəcək. Bu toplantıdan Azərbaycanın qazancı nə olacaq? Ada diqqət edin: “100-cü ilində Erməni məsələsi”. Bu toplantını Türkiyədəki liberallar keçirirsə, bu ad normaldır. Ancaq bu Azərbaycan neftinin pulu ilə fəaliyyət göstərən bir qurum tərəfindən keçirilirsə, əslində ən böyük xəyanətdir. O toplantıda çıxış edəcək Qənirə Paşayeva da bilir ki, erməni məsələsi deyə bir şey yoxdur. Erməni yalanı var. Və 100-cü ilində erməni yalanı müzakirə edilməlidir, erməni məsələsi deyil. Erməni məsələsi o qədər genişdir ki, istəyən Türkiyədəki erməni camaatının problemlərini də, erməni diasporasına ianə yığımını da bu ad altında toplaya bilər. Bu gün müzakirə olunası mövzu Erməni Yalanı və ya qondarma soyqırımdır. Göründüyü kimi, “Xəzər” Strateji İnstitutu Azərbaycan dövlətindən qidalansa da, başqa dövlətlərin maraqlarına cavab verir.

 

Xalik Məmmədovun Türkiyədəki şəbəkəsi

Yuxarıda qeyd etdiyim kimi, bu gün əslində Azərbaycan və Türkiyə fətullahçılardan daha çox kripto gülənistlərlə mübarizə aparmalıdır. Çünki fətullahçılar tanınsa da, bu insanları birbaşa müəyyən etmək qeyri-mümkündür. Və Gülən hazırda Azərbaycanda önə sürdüyü şəxslər bu insanlardan ibarətdirlər. Məsələn, SOCAR-ın içindəki fətullahçılardan bəhs edərkən, əksəriyyət Xalik və Kənan Məmmədovların adını çəkir. Lakin “SOCAR Türkiyə”də Samir Kərimli faktoru unudulur. Halbuki, Kənan Yavuzla birlikdə, Kənan Məmmədovla yanaşı fətullahçı şəbəkənin ən önəmli isimlərindən biridir. Xalik Məmmədov bu şəxsə oğlundan daha çox güvənir və Elnur Aslanov şəbəkəsi ilə əlaqələr də onun üzərindən qurulur.

Samir Kərimli həm də savadlı, lakin camaat üzvü olmayan kadrların SOCAR-dan vurulub çıxarılmasında, uzaqlaşdırılmasında mühüm rol oynamaqdadır.

Başqa bir isim. Tural Abasquliyev. SOCAR-ın Türkiyədə maliyyə işlərinə baxan şəxsdir. Xalik Məmmədovun Türkiyədəki əsas dayaqlarından biri və oğlunun yaxın dostudur. Bu şəxsin başqa bir önəmi var. O, Qənirə xanımın əmisi, alim Qəzənfər Paşayevin kürəkənidir. Yəni, SOCAR ilə Qənirə Paşayeva arasındakı əlaqənin mühüm halqalarından biridir.

Üçüncüsü isə “Star” zavodunun maliyyə məsələlərinə baxan Elçin İbadovdur. Bir müddət öncəyə qədər PWC şirkətinin tərəfdaşı olan E.İbadov  Camaat tərəfindən Xalik Məmmədova təqdim olunmuşlardan biridir. Gülən Camaatı kimi təhsil biznesindən qopmayan Elçin İbadovun Bakıda bir neçə hazırlıq kurslarının olduğu bildirilir.

Göründüyü kimi, əlaqələr o qədər mürəkkəb və zəngindir ki, bu əlaqələrin araşdırılması da səbr istəyir.

 

Lakin bilinən tək həqiqət var ki, artıq Camaatın “Azərbaycanlı legionerləri” yenidən fəallaşıblar. Və bu fəallaşma əvvəlkilərdən daha şiddətli olacaq…

ASAM-ın A-sı hansı ölkəni təmsil edir?

Heç şübhəsiz dövlət içində kripto fətullahçıların bu qədər genişlənməsində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin mühüm rolu olmuşdur. Türkiyədə erməni dostu sayılan Ural Aküzümlə ortaq fəaliyyət göstərən SAM eyni zamanda dövlət başçısına göndərdiyi hesabatlarda da Gülənin mövqeyini qorumuşdur. Eyni zamanda istər Fərhad Məmmədovun, istərsə də, bir ay öncə işdən çıxarılan SAM-ın şöbə müdiri Rövşən İbrahimovun mövqelərini analiz edərkən, bir məsələ ortaya çıxır: SAM Azərbaycanın maraqlarını müdafiə edir, yoxsa Amerikanın? Bildiyimiz kimi, Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin qoyduğu dəst-xəttə sadiq qalaraq, həmişə balanslı siyasət yürütməkdədir. O zaman Rövşən İbrahimovun SAM rəsmisi olaraq dediyi pro-amerikan fikirlər SAM direktorunun mövqeyini əks etdirmirdisə, nə üçün son Qazaxıstan hadisəsinə qədər göz yumulurdu? Əslində, SAM rəhbərinin Azərbaycanın deyil, Amerikanın maraqlarını qoruması bununla kifayətlənmir. Azərbaycanda guya ənənəvi müxalifətə alternativ olaraq, “Real”ı üstüörtülü dəstəkləmə cəhdləri, ölkədəki Amerikanın maraqlarının müdafiəçilərinə SAM-ın “yaşıl işıq yandırması” və s. faktorlar bunu iddia etməyə əsas verir.

Bu isə SAM direktorunun Azərbaycandan daha çox Amerikaya bağlılığından xəbər verir. Necə ki, onun yüksəlişində mühüm rol tutanların və bu gün onunla həm Azərbaycanda, həm də Türkiyədə işbirliyində olanların hamısının tərcümeyi-halında ABŞ-ın və NATO-nun izləri var…

 QEYD:

Sonda qeyd edim ki, Türkiyənin “A Haber” telekanalı Fətullah Gülən Şəbəkəsi ilə bağlı maraqlı məlumat yayınlayıb. Yazının aktuallığı baxımından tərcüməsini Sizlərə təqdim edirəm:

7 təbəqəli Fətullah Gülənn Şəbəkəsi aşağıdakı kimidir:

  1. təbəqə: Xalq təbəqəsi. Bunlar Camaatın ən günahsız parçasıdır və əksəriyyəti könüllülərdir.
  2. təbəqə: Məktəb, kurs, yurd, vəqf kimi yerlərdə çalışanlardır.
  3. təbəqə: Qeyri-rəsmi işləri həyata keçirənlərdir. Ev abiləri, bölgə və şəhər imamları.
  4. təbəqə: Arakat. Bura alt və üst təbəqələri birləşdirənlərdən ibarətdir.
  5. təbəqə: Camaatın ən önəmli təbəqəsidir. Dövlətdəki paralel quruluşu idarə edənlərdir. Ən gizli və özəl qrupdur.
  6. təbəqə: Gülən ilə digər təbəqədəkilərin əlaqəsini təmin edir. Nazirlər Kabinetinin funksiyasını icra edir.
  7. təbəqə: Gülənin bildiyi və təyin etdiyi şəxslərdən ibarətdir.

Bütün işlər müşavirə heyətinə tapşırılıb

Bütün işlər Müşavirə heyəti tərəfindən planlaşdırılır. Əməliyyatı burada çalışanlar həyata keçirir. Ən başda Kozanlı Ömər yer alır. Kozanlı Ömərin birbaşa əlaqə saxladığı şəxs Mustafa Özcandır. Müşavirə heyətində Kozanlı Öməri başqanlığa gətirən Mustafa Özcandır. Kozanlı Ömər Güləndən öncə Mustafa Özcanla əlaqə saxlayır. Mustafa Özcan isə həbs ediləcəyini bildiyi üçün Türkiyədən qaçıb.

Təşkilatın qitə və ölkə İmamları

Avstraliya İmamı: Hüseyn Kara

Afrika İmamı: Muammer Türkyılmaz

Asiya İmamı: Saadettin Başar

Orta Asiya İmamı: Naci Tosun (Azərbaycandakı Gülən Şəbəkəsi də bu şəxsə bağlıdır. Bu səbəbdən də, Gülənlə Azərbaycandakı fətullahçıların əlaqələri deşifrə olduğu üçün məhz onun adı hallandı. N.Tosun sonuncu dəfə “Çağ Öyrətim”in 20 illiyində çıxış etmişdi.

Avropa Almaniya İmamı: Abdullah Aymaz

Balkanlar İmamı: Mustafa Özcan

Uzaq şərq İmamı: Hüseyn Kara

İngiltərə İmamı: Məhəmməd Çətin

ABŞ İmamı: İsmayıl Büyükçelebi

Türkiyə İmamı: Mehmet Ali Şengül – Gülənin vəkili vəzifəsində çalışır

 

7 böyük Abi

Mustafa Özcan

Şərif Əli Tekalan

Mehmet Ali Şengül

Abdullah Aymaz

Ərdoğan Tüzün

İsmayıl Büyükçelebi

Naci Tosun

Əməliyyatçı  Baş Heyət

Əkrəm Dumanlı – “Zaman” qəzetinin baş redaktorudur.

Mustafa Yeşil – Qəzetçilər və Yazarlar Vəqfinin sədridir.

Rza Nur Meral – TUSKON başqanıdır və Camaatın Azərbaycandakı biznes strukturları ona bağlıdır. Ayrıca, Gülənlə Azərbaycandan olan iş adamlarını da o, görüşdürüb.

Aqil Ələsgər

 04.10.2014

Bakı, Azərbaycan

www.yenicag.az

1190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv