Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

SOCAR Aqil Ələsgəri məhkəməyə verdiyini təsdiqlədi-Yenilənib

Pj7OzU8iin4aNeft Şirkəti “Çağ Öyrətim”lə birlikdə Aqil Ələsgəri məhkəməyə verdi.

Daha bir azərbaycanlı jurnalist həbs edilə bilər. Bu barədə açıqlamanı həbs edilməsi istənilən jurnalist-“Yeni Çağ” (yenicag.az) qəzetinin baş redaktoru Aqil Ələsgər verib. Fətullah Gülən ilə bağlı araşdırmalarına görə, təhdidlərin rəsmiləşdirildiyini bildirən baş redaktor Azərbaycan Dövlət Neft Şirkəti ilə “Çağ Öyrətim” tərəfindən məhkəməyə verildiyini bildirib:

“Maraqlıdır ki, mən dörd aydan bəri Gülənin Azərbaycandakı 5-ci kalonu ilə bağlı yazdığım halda, Azərbaycan Dövlət Neft Şirkəti və “Çağ Öyrətim” gözləyib, eyni anda məni məhkəməyə verirlər. Və Neft Şirkətinin məni məhkəməyə verməsindən sırf təsadüf nəticəsində, Səbael rayon məhkəməsinin internet saytına daxil olaraq, başqa bir məlumat almaq istədiyim zaman xəbər tuturam. Deməli, hazırlıq və baxış keçirildiyi halda mən məlumatlandırılmamışam. Halbuki mənim bütün koordinatlarım saytımızda var və bu ölkədə ən asan tapılacaq adamlardan biriyəm. Belə olduğu halda nə ARDNŞ, nə də məhkəmə mənimlə əlaqə yaratmağa cəhd etmədən, haqqımda qərar çıxarmaq və məni susdurmaq istəyirlər. Eyni zamanda biz “Çağ Öyrətim”in vəkilinə təhqirsiz, normal bir cavab məktubu göndərəcəkləri təqdirdə, dərc edə biləcəyimizi bildirsək də, onlar da mənim həbs olunmağımda və “Yeni Çağ”ın bağlanmasında qərarlıdırlar”.

Aqil Ələsgər bildirdi ki, “mənə bu yazıları dayandırmağım üçün təhdid və təkliflər neçə aydan bəri davam edir. Ancaq mənim mövqeyim belədir ki, Azərbaycanın gəncliyini kökü, mənşəyi bəlli olmayan şəbəkələrin öhdəsinə buraxmaq olmaz. Madam ki, ARDNŞ rəhbərliyi mərhum prezident Heydər Əliyevə sədaqətli olduğunu bəyan edir, o zaman nə üçün Pensilvaniyadakı orta təhsilli lider seçənləri dəstəkləməkdən vaz keçməlidir, onlarla mübarizə aparanı susdurmaq yolunu tutmamalıdır. Bizi məhkəmələrlə susdurmağa çalışanlardan fərqli olaraq, hesab edirik ki, ən böyük məktəb Gülən deyil, Heydər Əliyev məktəbidir və bizim yolumuz budur. Cənab prezident İlham Əliyevin getdiyi yol da bu yoldur. Bizim mübarizəmiz bu yoldan çıxanlarla hər zaman olub və heç bir məhkəmə bizi bu yoldan çəkindirə bilməz”.

***

Günün sonunda ARDNŞ məhkəmə məsələsini təsdiqləyib.

ARDNŞ Hüquq İdarəsinin rəis müavini Şahin İsmayılbəyli Bizimyol.info-ya açıqlamasında “Yeni Çağ”a qarşı məhkəmə iddiasının olduğunu təsdiqlədi: “Məhkəmə iddiası və məhkəmə prosesləri barəsində bildirişlərin verilməsi ARDNŞ tərəfindən tənzimlənmir. Bunu məhkəmə etməlidir. “Yeni Çağ”ın yaydığı məlumatlar həqiqəti əks etdirmir və şirkətin nüfuzuna xələl gətirir. Onun yaydığı məlumatların mənbələri naməlumdur. Ümumi sözlərdən istifadə edərək ARDNŞ-nin ünvanına böhtanlar yazmaqla məşğuldur. O məlumatlar yoxlanılmayıb, təsdiqlənməyib. Bir yazı metarialını silsilə şəkiində verməklə yalanları təkrarlayıb. Onun yazdığına görə, ARDNŞ bəzi adamlara və cərəyanlara kömək edir. Onun sübutu varmı? Neft şirkəti inkişaf edir, beynəlxalq milli transmilli şirkətə çevrilməsi istiqamətində addımlarını atır. Belə halda öz içimizdən bi məfər  işgüzar nüfuzumuza xələt gətirdi. Bir-iki yazıya önəm vermədik, amma yazıların silsilə davam etməsi  məhkəmə iddiasını verməyimizlə nəticələndi”.
O bildirib ki, ARDNŞ məhkəmə iddiasında “Yeni Çağ”dan yaydığı yalan  məlumatlara görə təkzib verməsini tələb edib: “İddiada qəzetin şirkətin işgüzar nüfuzuna vurduğu ziyana görə, müəyyən miqdarda kompensasiya da tələb olunur. İddiamızda onun həbs olunması tələbi yoxdur”.
***
Məsələ ilə bağlı Aqil Ələsgər öz Facebook hesabından bunları bildirib: “Bahəddin bəyə təşəkkür edirəm. “Bizimyol”un sayəsində öyrənə bildik ki, SOCAR hazırda məni həbs etdirmək yox, dünyadakı neftin qiymətinin düşməsi ilə bağlı yaranan ziyanı Aqil Әləsgər və “Yeni Çağ”ın hesabına kompensasiya etmək istəyirlər. Məhkəmə ilə bağlı gizliliyi də məhkəmənin üzərinə atıblar. Yaxşı olardı ki, SOCAR Türkiyədə Azərbaycana heç bir faydası olmayan proyektlərə dəstəyi dayandırmaq barədə də düşünsün! Eyni zamanda dəfələrlə eyni toplantılarda iştirak etdiyimiz halda bu günə qədər heç bir yazımıza reaksiya verməyən SOCAR-ın Çağ Öyrətimlə PARALEL məhkəməyə müraciət etməsi də göstərir ki, 5-ci Kalon ilə bağlı yazdıqlarımız bir-bir öz təsdiqini tapır və adamlar çox narahat olublar…”

 

www.yenicag.az

297