Fətullah Gülən Terror Örgütünə qarşı aparılan əməliyyat tədbirləri davam edir. Gülənin yaxın adamlarını azadlığa çıxarmaq və psixoloji üstünlüyü ələ almaq üçün etdiyi “hakim cəhdi”ndən sonra qeyri-qanuni dinləmələrə görə, Van mərkəzli 9 şəhərdə əməliyyat keçirilib.
Göz altına alınan 18 polisdən 12-i həbs olunub. Van mərkəzli Qaziantep, Kayseri, Ordu, Mersin, Ankara, Adana, Aydın və Manisada həbs olunan polislərin Gülən Terror Örgütünə üzv olduğu bildirilir.
Prokurorluqda ifadə verdikdən sonra hakim qarşısına çıxan 18 polisdən 6-sı ölkədən çıxmamaq şərtiylə sərbəst buraxıb, 12 polis isə “Cinayət törətmək məqsədiylə qurulan təşkilata üzv olmaq, rəsmi sənəddə saxtakarlıq edib, gizliliyin pozulması və hüquqa zidd şəkildə məlumatları saxlamaq” ittihamları ilə həbs olunub.
Qeyd edək ki, qanunsuz dinləmələr iddianaməsinə görə, terror örgütünün lideri Fətullah Güləndir.