İspaniyanın “Real” klubunun “Flamenqo”dan 45 milyon avroya transfer etdiyi Vinisius Junior xoşagəlməz durumla qarşılaşıb.
Yenicag.az xəbər verir ki, gənc oyunçunun başını dişləyiblər.
Hadisə Vinisiusun “Real”ın B komandası olan “Kastilla”nın heyətində “Atletiko” klubuna qarşı keçirdiyi oyunda baş verib.
Belə ki, “Atletiko”nun kapitanı Taçi qarşılaşmanın 81-ci dəqiqəsində ondan sıyrılmağa çalışan Vinisiusun başını iki dəfə dişləyib. Hadisə hakimin gözü qarşısında baş versə də, futbolçunun xoşagəlməz davranışı sarı vərəqə ilə cəzalandırılıb.