Yenicag.az internet qəzetinin baş redaktoru Aqil Ələsgər Türkiyənin nüfuzlu “Ülke TV” telekanalına müsahibə verib. Tanınmış jurnalist Elif Çakırın apardığı “Söz bitmədən” proqramının qonağı olan Aqil Ələsgər Xocalı Soyqırımı ilə bağlı sualları cavablandırıb.
Xocalının Anadolu insanı ilə ortaq acımızın olduğuna diqqət çəkən jurnalist Meksika, Pakistan, Çexiya kimi Türkiyənin də bu soyqırımı qətliam olaraq deyil, məhz soyqırım olaraq Türkiyə Parlamentinin də tanımasını arzu etdiklərini bildirib.
Proqramın videosu:
https://www.youtube.com/watch?v=ed0M3PkR6K4