!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prokurorluq Gülən barədə dəhşətli faktlar açıqladı

!Reklam – Yazi

gulenerdkavgaTürkiyədə Mersin baş prokurorluğu Fətullah Gülən təşkilatı ilə bağlı, bu günə qədərki ən geniş iddianaməni hazırlayıb.

Yenicag.az xəbər verir ki, AzNews.az-ın məlumatına görə məhkəmə tərəfindən qəbul edilən 432 səhifəlik iddianamədə təşkilatla bağlı dəhşətli məqamlar yer alıb.

Belə ki, iddianamədə, Fətullahçı Terror Təşkilatı-Paralel Dövlət Quruculuğunun (FETÖ/PDY) “ilahi nizam” hazırlığı gördüyü, 17-25 dekabr cəhdləri ilə ölkədə xaos yaratmağı, bu xaosdan qurtuluşun da ilahi nizam olduğu düşüncəsi yaradıb, Fətullah Gülən liderliyində ilahi nizam mərhələsinə keçməyi planladıqları bildirilib.

Təşkilatın monokratik quruluşunun olduğu, imamlıq sistemi ilə hərəkət etdiyi vurğulanarkən, silahlı fəaliyyət göstərən terror təşkilatları siyahısına salınmasının vacibliyi qeyd edilib. Həmçinin sənətdə Fətullah Gülən tərəfindən qələmə alınan təşkilat üzvlərinin “and” mətni də yer alıb.

İddianamədə bildirilir ki, FETÖ-PDY digər terror təşkilatlarından fərqli olaraq silahlı mübarizə əvəzinə, yetişdirdikləri üzvlərlə dövlət dairələrində yüksək vəzifələr ələ keçirərək, paralel bir quruluş yaradıb, dövlətin konstisyon nizamını dəyişdirmə məqsədi güdür.

FETÖ üzvü olan 66 şübhəli haqqında 13.07.2015-də məhkəmə işi açılıb. İstintaq mərhələsində 5 polis rəisi və zabitinin həbs edildiyi işin ilk məhkəməsi 2 sentyabrda keçiriləcək.

İddianamədə keçmiş polis rəisi və polis zabitləri Əhməd Şanverdi, Əli İhsan Qaya, Erdal Arı, Erdem Kanmaz vəİbrahim Suat Dağlı ilə jurnalist Mehmet Baransunun da aralarında yer aldığı 11 nəfər haqqında “Türkiyə Cumhuriyyəti Hökumətini ortadan qaldırmağa və ya vəzifəsini yerinə yetirməsinə əngəl olmağa təşəbbüs göstərmək” cinayətlərindən ağırlaşdırılmış ömürlük həbsləri tələb edilib.

66 şübhəli haqqında isə “Silahlı terror təşkilatına üzv olma, prezidentə təhqir, vəzifəli şəxsin rəsmi sənədlərdə saxtakarlığı, vəzifədən sui istifadə etmə, terror təşkilatını təbliğ etmək, iftira, cinayət uydurmaq, şəxsi həyatın gizliliyini pozmaq, açıqlanması qadağan olunan gizli məlumatları əldə etmək, şəxsi məlumatları qeyri hüquqi yollarla ələ keçirmək və yaymaq” kimi cinayətlərdən 50 il həbs cəzası istənib.

Təşkilatın məqsədinə çatmaq üçün izlədiyi üsulların da detallarıyla yer aldığı iddianamədə, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin yüksək vəzifəli şəxsləri də daxil olmaqla, bir çox vəzifəli şəxsin qanunsuz şəkildə izlənməsi, bəzi məlumatların hazırda həbsdə olan jurnalist Mehmet Baransuya göndərildiyi bildirilib.

Sənəddə qeyd edilib ki, FETÖ üzvləri göndərdikləri məlumatlarda jurnalist Baransuyu “GDO sənədi də işə salınaraq sensasion bir əməliyyat gözlənilir. Sağlamlıq kimi həssas məsələdən istifadə edərək insanların xərçəng olması, qısırlaştırılması, nəsillərin ömrünün qısalması, yerli istehsalçıların dəstəklənməməsi, əkin torpaqlarının yox edilməsi kimi mövzularda möhtəşəm bir PR həyata keçirilə bilinər…” şəklində istiqamətləndiriblər.

Xüsusi vurğulanıb ki, təşkilatın əsas hədəfi hakimiyyəti ələ keçirmək üçün dövlətin strateji nöqtələrinə hakim olmaq olub. Bunun üçün də təşkilat hələ 1970-ci illərdən məktəblərində yetişdirilərək dövlətin strateji nöqtələrində vəzifəyə gətirilən üzvlərindən istifadə edib.

Fətullah Gülən tərəfindən yazılan “AND” :

– Qardaşlarıma qarşı sədaqətli olacağıma,

– Xalqın və tələbə dostlarımın izzət və qürururlarını izzət və qürurum qədər yüksəltməyə çalışacağıma,

– Qüsurlarımın xatırladılması qarşısında məmnuniyyətlə izah edər, daxildən və xaricdən gələn bütün hücum və tənqidləri nəfsimə edilmiş kimi rədd edəcəyimə, qərar siyahımdakı bütün əsaslara riayyət edəcəyimə,

– Xidmət üçün öhdəmə götürdüyüm vəzifələri və ya qərarla mənə verilən mükəlləfiyyətləri etiraz etmədən yerinə yetirməyə çalışacağıma,

– Özbaşına hərəkət edib bu qərarlara müxalif davranacağım an ixtiyarımla bu heyyətdən özümü çıxarıb hərhansı bir tələbə kimi, dərsxanada kimi vəzifəmə davam edəcəyimə VALLAH-BİLLAH andı içir və bu andın La Yenkatı (tövbəsi olmayan) olması üçün CENAB-I HAKKA şəhadət gətirirəm.

 

Vüsal
AzNews.az

www.yenicag.az

826
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv