Reklam: High Technic
hightechnic

Gülənçilərin “Parlament 2015” planının gizlinləri…

dsfsdfsdfTürkiyədə və Azərbaycanda parlament seçkiləri yaxınlaşdıqca, Gülən Şəbəkəsi aktivliyni artırmaqdadır. Türkiyədə bu mövzu üzrə araşdırma aparan professor Hüseyn Yaymanın sözlərinə görə, Paralel Şəbəkə açıq şəkildə AKP düşmənçiliyi aparsa da, digər tərəfdən kripto fətullahçılar vasitəsi ilə namizədlər arasına sızmağa çalışır. Türkiyənin dörd bir tərəfində AKP-dən namizədliklərini açıqlayan gizli paralelçilər onları tanıyan və ifşa etmək istəyənləri də müxtəlif yollarla susdururlar. Hətta illərini camaatla mübarizəyə həsr edən kriptoları tanıyanları “fətullahçı” damğası ilə şantaj edirlər. Təbii ki, 15 ildən bəri AKP içində yerləşən Şəbəkənin digər üzvləri də əl altından camaat namizədlərinə dəstək verirlər. Qısacası, Gülən bir tərəfdən Ərdoğanı yıxmağa çalışırkən, digər tərəfdən partiyanın millət vəkilləri arasında öz namizədlərinin olması üçün də əlindən gələni etməkdədir: “Hatayda və digər vilayətlərdə apardığım araşdırma zamanı gördüm ki, AKP-nin namizəd siyahısına düşmək üçün çalışanların böyük bir qismi paralelçilərdir. Onların hər şəhərdə belə aday bolluğu yaratmalarının arxasında AKP-ni seçim qarşısında qoymaqdır. AKP nə qədər filtirasiya etsə də, camaat bu yolla hər şəhər siyahısından bir neçə namizədini deputat etmək niyyətindədir. Belə görünür ki, istəyinə də nail olacaq”.

Gülənin Azərbaycandakı Şəbəkəsi da boş dayanmır. Vurulan kadrların yerinə üçüncü-dördüncü eşalonları irəli sürən şəbəkə bu dəfə hakimiyyət içərisində güclü qohumluq əlaqələrinə malik şəxsləri önə sürməyə çalışır. Beləcə, gülənistlərə qarşı qurulan müdafiə sistemini yararaq, yenidən dövlətdə əvvəlki kimi “at oynatmaq” istəyirlər.

6Ceyhun Osmanlının yenidən “diriliş”i, Elnur Aslanov və Fərhad Məmmədovun bir ilə yaxın çıxmadıqları “kabinet”lərindən boylanmaları, Torqovıy görüşləri, Nəcibə Mustafayevanın Şəbəkənin Rusiya qolu tərəfindən yenidən mötəbər qonaq kimi çağrılması planlı-sistemli fəaliyyətin nəticəsidir. Heç şübhəsiz, Bakı 2015 I Avropa Oyunlarının təşkilinə Elnur Aslanov-Ceyhun Osmanlı qrupunun kadrlarının cəlb olunması da Şəbəkənin dövlətin gözündə amnistiyasına hesablanmış bir oyundur. Hələ ötən il qeyd etmişdik ki, dövlət içində bəzi qüvvələr I Avropa Oyunlarının təşkili ilə bağlı “İrəli” İctimai Birliyinin köhnə komandasına “stavka” edirlər.

Həmin yazıda qeyd etmişdik ki, “Elnur Aslanov ortadan çəkilsə də, Fərhad Məmmədov, İxtiyar Hüseynli və digərləri prossesi davam etdirirlər. Hətta gənclik və idman naziri Azad Rəhimovun himayəsi altında Elnur Aslanov və Ceyhun Osmanlının kadrları Bakı 2015 Avropa Oyunları ştata daxil ediliblər. “İrəli”nin son baş katibi Xaqani Fərəcov, Raul Gülməmmədov, İsmayıl İsayev, Mahir Məmmədov, Pirim Pirimov onlardan sadəcə bir neçəsidir. Dövlət qurumlarında sadəqatlə çalışanlar maksimum 500 manat maaş aldıqları halda Azad dayılarının köməyi ilə Elnur Aslanovun bu komandası 1500-2500 manat arası maaş alaraq, öz güclərini qorumaqda davam edirlər.

Burada əsas məqsəd xaricdə oxuyarkən Ceyhun Osmanlı və Rauf Mərdiyev vasitəsi ilə şəbəkəyə daxil edilən üzvlərin dağılmamasıdır. Aslanov qurduğu komandanın başqa istiqamətlərə yönəlməməsi üçün çalışır və Fərhad Məmmədovla İxtiyar Hüseynli vasitəsi ilə “hər şey yaxşı olacaq” mesajı çatdırır. O, Rəbiyyət Aslanovanın “2015-ci il parlament seçkilərini oğlum keçirəcək” sözlərinin gerçək olacağına inanmalarını, bu günlərin ömrünün qısa olacağına inandırır”.

Ən son gələn məlumatlarda “İrəli”nin sabiq sədri Rauf Mərdiyevin də Bakı 2015 proyekti çərçivəsində 1500 AZN civarında maaşla işə düzəldiyi deyilir. Onun yeni vəzifəsinin Event Service Meneger, yəni tədbirlərin təşkili üzrə menecer olduğu bildirlir.

Yəni, Heydər Əliyev ideyalarına sadiq gənclər iş tapmasın, iş tapanda da 390-450 manat maaş alsın, onu da üç aydan bir ala bilirsə, ancaq Gülənin Azərbaycan Şəbəkəsinin üzvü olan və ondan 3  dəfə çox maaş alsın. Bu ədalətsizlikdən sonra əlbəttə ki, Gülən Azərbaycanda ciddi tərəfdar tapar. Qədri bilinməyən gənclik Gülən şəbəkəsinin mahiyyətini bilmədiyindən bəzən protest niyyətinə də olsa, bu addımı atar…

Ceyhun Osmanlının əsgərlikdən gəldikdən sonra ASADİF-in sabiq sədri Ramin Həkimovu da yenə iqtidardakı nazir dostlarının dəstəyi ilə yüksək vəzifəyə gətirəcəyi bildirilir.

Ancaq unudulmamalıdır ki, Gülənin Azərbaycan hökuməti içərisində çox ciddi şəbəkə qurub və Prezidenti “Gülənçiləri dağıtdıq” yalanına inandırmaq və cəmiyyətin gözünə kül üfürmək üçün kosmetik bir neçə dəyişiklikdən başqa heç nə edilməyib. Gülən Şəbəkəsi ilə ortaq iş görən nazirlər, millət vəkilləri, idarə rəisləri, iş adamları yenə öz işlərindədir. Hətta özlərini təmizə çıxarmaq üçün Azərbaycanda fəaliyyət göstərən fətullahçı iş adamlarının da təmizə çıxarılması üçün Türkiyənin gülənist-NATO-çu diplomatları ilə əlbir işləyirlər. Bütün bunlara sonrakı yazılarda daha ətraflı toxunacağıq.

Mövzumuza qayıdaq. Gülən Türkiyədə olduğu kimi burada da iqtidar partiyasının namizədləri arasına sızmağa çalışmaqdadır. Müxtəlif variantlarla müridlərinin iqtidar partiyasının namizədi  olmasına çalışan Gülən müstəqil görünümlü iqtidara yaxın namizəd taktikasını da unutmur. Lakin bütün güc hazırda iqtidarın siyahısından deputatlığa namizədlərin siyahısına sızmaqdır. Bunun üçün dairələr üzrə ən güclü rəqiblərin kim olacağı müəyyənləşdirilir və onların zərərsizləşdirilməsinə də ayrı bir qrup nəzarət etməkdədir.


Dinləmə, izləmə və şantaj sahəsində MOSSAD və CIA-dan dərs alan Camaat Türkiyədə olduğu kimi Azərbaycanda da “kasset”lərdən sadəcə məktəblərin ad dəyişdirərək, qalması məsələsində deyil, mövcudiyyətlərini burada qorumaq və güclənmək üçün istifadə edirlər. Türkiyədən fərqli olaraq burada məmurlar daha çox xaricdəki gizli pulları ilə şantaj olunurlar. Təbii ki, xarici səfərlər zamanı çəkilən görüntülər də işlərinə az yaramır.

Qeyd etdiyimiz kimi, Gülənin Azərbaycan Şəbəkəsi bu dəfə ailəsinin gücü-nüfuzu olan insanlara üstünlük verəcək. Necə ki, 2000-ci ildən bəri liseylərdə kasıb əhali yerinə zənginlərə yer ayrıldı, eyni ilə parlament seçkilərində maddi imkanı ilə yanaşı hakimiyyət içərisində ciddi dayaqları olan şəxslər dəstəklənəcək.

kollioHəmin şəxslər arasında iki şəxsin adı önə çıxır. Bunlardan biri Ruminiyada neft şirkətinin təmsilçisi Həmzə Kərimov olduğu güman edilir. Belə ki, Ruminiyada Azərbaycanla bağlı görülən bütün işlərin Həmzə Kərimovun adına çıxıldığı və “yuxarılar”a gedən hesabatlarda onun aktiv fəaliyyətindən bəhs edildiyinə dair söyləntilər var. Onun ulduzunun parlaması üçün sadəcə ailəsi deyil, Elnur Aslanovun hələ də vəzifədə olan kadrlarının da çalışdığı deyilir. Digəri isə nə qədər qəribə də olsa, Gülənin Azərbaycanda əsas dəstəkçilərindən olan Kənan Məmmədovun olduğu vurğulanır. Hazırda İstanbuldan Ankaraya köçən və əvvəlki səlahiyyətlərinin bir çoxundan məhrum olan K.Məmmədovun Bakıya deputatlığa namizəd kimi gəlmək istədiyi qeyd olunur. Camaatın və iqtidardakı daha böyük “paralel”çilərin Məmmədovların liseylər məsələsindəki fəaliyyətini mükafatlandırmaq üçün Kənan Məmmədovu Astaradan deputat görmək istədiklərinə dair xəbərlər var. Bundan başqa “Azərsu” prezidenti Qorxmaz Hüseynovun da mandat toxunulmazlığı almaq istədiyi gələn məlumatlar arasındadır. Onun “Azərsu”nun tenderləri ilə fətullahçı şirkətlərə qazandırdığı milyonlara görə, belə bir ehtiyacının olması deyilir.

10814276_10204595230473470_323115381_n

Bir sözlə, Türkiyədə olduğu kimi Azərbaycanda da Gülən tərəfdarları parlament seçkiləri üçün aktiv çalışmaqdadırlar. Avropa oyunları isə onlar üçün bu işdə onlar üçün Elşad İskəndərovun 1 milyon dollarlıq “Xocalı” kampaniyası kimi göydəndüşmə fürsətdir. Bu yolla tərəfdarlarını “könüllülük” prinsipi ilə itirmir, digər tərəfdən də dövlətin içərisindəki dayaqları vasitəsi ilə güclənir, itirilən mövqelər bir-bir geri alınır. Necə ki, “Çağ” liseyləri hər keçən gün “İstək” adı ilə geri alınır… Necə ki, bağlanan “Araz” kursları “Güvən” Nəşriyyatının materiallarından istifadə edən müxtəlif adlarla fəaliyyətini daha da güclənmiş şəkildə davam etdirir… Eləcə də, Gülənist şəbəkə bu yöndə də işlərini davam etdirir. Parlament seçkiləri yaxınlaşdıqca, namizədlər daha da dəqiqləşəcək və Gülənin bu dəfə köhnə deputatlarının yerini kimlərlə doldurmaq istədiyinə dair daha sağlam bilgi sahibi olacağıq…

iuuq_NV_00rv_SL_fev_SL_b_AP_0jnbhft0iunm_SK_dpoufou_SK_jnbhft0530FowfsP_AP_fsfo_SL_kqhVə unutmayaq ki, Azərbaycandakı bütün gülənist planların meydana çıxdığı yer dəyişmir. Gülənin Azərbaycan üzrə Baş imamı Ənvər Özərənin Rəyasət Heyətinin sədri, Əhməd Sanıcın rektor olduğu Qafqaz Universiteti hər zaman olduğu kimi parlament seçkiləri ilə bağlı da Əsas Beyin Mərkəzi olaraq, öz xidmətlərini göstərməyə davam edir. Müridlərini robot gözündə görən Gülən Şəbəkəsi buradan namizədlərlə bağlı prossesi idarə edəcək.

Aqil ƏLƏSGƏR

www.yenicag.az

168