Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elnur Aslanovun gizli “parlament” görüşləri

yenicag_abiciklerGülənin “imam”ı Fərhad Əliyevin taktikasından istifadə etməyi planlaşdırır

Elnur Aslanov hərəkətə keçdi. Bu barədə Yenicag.az-a daxil olan xəbərdə bildirilir ki, Prezident Aparatının sabiq şöbə müdiri Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görüşlərə başlayıb. Bir neçə gün öncə Aslanovun Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovla bir araya gəldiyi də gələn xəbərlər arasındadır.

Məlumatda deyilir ki, Fətullah Gülənin deşifrə olunsa da hələki gənclik gücünü əlində saxlayan imamı Elnur Aslanov sabiq nazir Fərhad Əliyevin 2005-ci il taktikasını bu il tətbiq etmək istəyir. Belə ki, YAP-ın namizədləri arasına öz gizli namizədlərini salmağa çalışan Şəbəkə eyni zamanda müstəqil namizəd, iş adamı və sair yarlıqlarla ən az 70 dairədə iqtidara qarşı öz namizədləri ilə çıxış edəcəklər.

Azərbaycandakı fətullahçı iş adamlarının sonsuz dəstəyi ilə namizədliklərini irəli sürdükləri dairələrdə ciddi reytinq qazanmağı planlaşdırdıqları namizədlərin ən az üçdə birinin mandat almasına nail olmağı planlaşdırırlar. Hazırda Milli Məclisdə YAP-dan sonra ən böyük fraksiyaya sahib olan fətullahçılar daha çox mandat və parlamentin rəhbər postlarından birini götürməyi hədəfləyirlər. Qeyd edək ki, 2005-ci ildə çevriliş cəhdi ifşa olunaraq, Fərhad Əliyev həbs olunmasaydı, onun 60-a yaxın namizədi seçkilərin qalibi olacaqdılar. İqtidar və müxalifət namizədlərini kölgədə qoyan həmin sürpriz namizədlər F.Əliyevin təlimatı ilə hər cür xeyriyyəçilik fəaliyyətindən geri durmayaraq, seçicini ələ almağa çalışırdılar. Məsələn, F.Əliyevə bağlı bir iş adamı 10 minlik kəndin şəxsiyyət vəsiqələrinin dövlət rüsumunu ödəyərək, onların sənədini almışdı. Bu kimi faktlar çoxdur. Məsələ burasındadır ki, Gülənin azərbaycanlı imamları bu seçkidə F.Əliyevdən daha ciddi potensial ortaya qoymağa çalışırlar.

Qeyd olunur ki, Elnur Aslanov, Ceyhun Osmanlı kimi tanınmış fətullahçılarla yanaşı kripto fətullahçılar da meydana çıxacaq. Onların bir çoxunun hələ də tanınmadığına diqqət çəkən mənbə fətullahçıların daha çox tanınmış şəxslərin övladları ilə bu işi görə biləcəklərinə inanırlar.

Məlumatda o da qeyd olunur ki, namizədliyi irəli sürüləcək şəxslərdən bir neçəsi Azərbaycanın xaricdəki ən böyük şirkətinin  ölkələr üzrə nümayəndələri olacaqdır. Hazırda həmin şəxslərin adları ilə bağlı dəqiqləşdirmə aparılır.

Sürpriz olan isə Elnur Aslanovun anası Rəbiyyət Aslanovanın yerinə deputatlığa namizədliyini irəli sürməsi ehtimalının da olmasıdır. Belə ki, vaxtilə baş nazir və ya adminstrasiya rəhbəri olaraq, prezidentlik üçün özünə yol açmaq istəyən Aslanov hazırda parlamentdə təmsil olunaraq, toxunulmazlıq şinelinə sahib olmaq istəyir. Təbii ki, onu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qoruyan gücün mandat almasına da şərait yaradacağına inanır. Bu səbəbdən də artıq nahar süfrələrini əhali arasında edərək, “burdayam” mesajı verməkdən çəkinmir.

Mövzuya qayıdacağıq…

Yenicag.az

 

 

www.yenicag.az

407