!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

46 nəfər saxlanıldı

!Reklam – Yazi

Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 184 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

Bu barədə Yenicag.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

www.yenicag.az

2983
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv