İngiltərədən gələn 3 qızı Türkiyədə qarşılayaraq Suriyaya keçirən Kanada agenti haqqında sensasiyalı xəbər var. Türkiyə Polis Kəşfiyyatı İdarəsinin keçmiş rəhbərlərindən Bülent Oraqlıoğlu bu barədə danışıb. Yenicag.az xəbər verir ki, Türkiyə Xüsusi Xidmət Orqanları tərəfindən yaxalanan kanadalı agent Məhəmməd əl Rəşidə İŞİD-dən və Kanadadan pullar “Bank Asya”üzərindən gəlib. Belə ki, Məhəmməd əl Rəşidin ifadəsinə görə, pul məsələsini onun özü, həm də Fətullah Gülənə məxsus “Bank Asya”üzərindən yoluna qoyub. Onun bütün pullarını bu bank vasitəsilə həyata keçirib.
Oraqlıoğlunun sözlərinə görə, iki xarici bankla “Bank Asya” bu məsələdə ortaq çalışıb. Əsas məqsədin isə Türkiyəni beynəlxalq aləmdə nüfuzdan salmaq olsa da, agentin yaxalanması oyunu pozub.
Qeyd edək ki, Gülənin “evlərinizi, maşınlarınızı satıb, banka qoyun” dediyi “Bank Asya”da xeyli azərbaycanlının da pulları var. Eyni zamanda Gülənin Azərbaycan baş imamı və təhsil şəbəkəsinin rəhbəri Ənvər Özərən də bu bankın hissədarlarından biridir.
Xatırladaq ki, Gülən Şəbəkəsi ilə Kanada arasında əlaqələr nəzərə çarpmasa da, ABŞ və İngiltərədən sonra ən yaxşı əlaqəyə malikdirlər. Təsadüfi deyil ki, “Fuat Avni” ABŞ-ın Güləni Türkiyəyə vermək istəyəcəyi təqdirdə, Kanadaya qaçırılacağını açıqlamışdı. Bundan başqa Gülən Camaatının Azərbaycan üzrə ilk nümayəndələrindən olan və “SOCAR rəhbərliyi məktəblərə görə, Ərdoğana bəddua edir” açıqlamasının müəllifi Faruk Arslan da hazırda Kanadada yaşayır.