!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentimizə “CNN Türk”də iftira atan fətullahçı çıxdı – Fakt

!Reklam – Yazi

52266Mustafa Akyol “Star”dan bu üzdən qovulub

CNNTürk kanalının dünən gecə efirə gedən “Ne oluyor” verilişində Azərbaycan Prezidenti təhqir edilib. Yenicag.az A24.az saytına istinadən bildiri ki, proqramın qonaqları “Milliyyet” qəzetinin jurnalisti Aslı Aydıntaşbaş, jurnalist və yazıçı Levent Gültekin, Kanaltürk telekanalının Ankara üzrə nümayəndəsi Faruk Mercan, “Yeni Şafak” qəzetindən Yaşar Taşkın Koç ve jurnalist Mustafa Akyol gündəmlə əlaqəli mövzuları müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev haqqında böyük tərbiyyəsizliyə imza atan  jurnalist Mustafa Akyol Türkiyədə erməni açılımını dəstəkləyən  jurnalist Taha Akyolun oğludur. Və Taha Akyolun özü də CNNTürk kanalında veriliş aparır.

Yenicag.az bildirir ki, ata-oğul Gülən tərəfdarı olan Akyol ailəsi həm də Aydın Doğan tərəfindən himayə olunmaqdadır. Mustafa Akyol fətullahçı olduğu üçün bir müddət öncə “Star”dan qovulub. Mustafa Akyol 2007-ci ildə AXCP sədri Əli Kərimlinin də yaxın dostu olan Lord Əhmədin Gülənin şərəfinə təşkil etdiyi konfransda çıxış edən azsaylı türk yazarlardan biridir.

Mustafa Akyola xatırlatmaq istərdik ki, Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycanın Prezidenti İlham Əliyev

Həmin verilişin videosu Yenicag.az-da olsa da, tirajlamağı uyğun görmədik.

 

www.yenicag.az

668
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv