“Moda göstərməyə çıxmıram efirə”

311402“Mən dəblə ayaqlaşmıram. Moda göstərməyə çıxmıram ki, efirə…”

Bu fikir müğənni Fədayə Laçına aiddir. İmici və geyimi ilə bağlı danışan ifaçı belə qeyd edib:

“Əsas efirdə səs göstərməkdir, ifa etməyi bacarmaqdır. Geyimimdə qüsurlar tutsalar da dəyişilmək fikrim yoxdur. Çünki mənə belə yaraşır. Bu geyimimi də özüm seçmişəm. Düzdür, belə geyimlərdə özümü narahat hiss edirəm. Geyinə bilmirəm belə geyimləri… Sərbəst geyinməyi isə çox sevirəm. Mənimki şalvardı elə…”

Bugünkü libasının qiymətini açıqlayan F. Laçın çox da baha olmayan geyimləri xoşladığını qeyd edib: “Bu libasım da çox bahalı deyil. 400 manata almışam. Milyonlarım olsa belə geyimə çox pul xərcləmərəm”.

(news.milli.az)