Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

47 dövlət əmlakı özəlləşdirilir - FOTO

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 25 dekabr tarixində keçiriləcək.

Komitədən Yenicag.az-a verilən məlumata görə, hərraca ümumilikdə 47 dövlət əmlakı çıxarılıb. Onlardan 12-si kiçik dövlət müəssisə və obyekti, 2-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 13-ü nəqliyyat vasitəsidir. İnvestorlar kiçik dövlət müəssisələri üzrə seçim edərək həm hazırkı sahə, həm də digər istiqamətlər üzrə biznes planlarını reallaşdıra bilər. Bu dəfə hərraca çıxarılan dövlət əmlakları arasında ən yüksək olan ümumi faydalı sahəyə malik əmlak – “Taxıl qəbul məntəqəsi” Qobustan şəhərində yerləşir. Ümumi faydalı sahəyə 3763.3 kv.m olan adıçəkilən müəssisə 19 min 551 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. Gəncə şəhəri, Nizami rayonundakı obyektin isə ümumi faydalı sahəsi 299 kv.m-dir. Xidmət sahəsi üzrə gəlirli fəaliyyət üçün uyğun olan bu əmlak da torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.

Paytaxtdakı qeyri-yaşayış sahələri kiçik sahibkarlıq fəaliyyəti üçün uyğundur. Bu obyektlərdən biri Səbail rayonu, Ş.Ələkbərova küçəsində yerləşir. Onun ümumi faydalı sahəsi 106.9 kv.m-dir

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Sənaye Kombinatı”, “Sabunçu Ticarət Təchizat”, “Ağcabədi Aqrotexservis”, “Xaçmaz Mexanizasiya Nəqliyyat” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

Özəlləşməyə çıxarılan nəqliyyat vasitələri 2005, 2007-ci illər, “Nissan”, “Hyundai”, “QAZ”, “UAZ”, “Ford” olmaqla vətəndaşlara təklif edilir.

www.yenicag.az

6237
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM