47 mindən artıq suriyalı qaçqın Türkiyəni tərk etdi

47 mindən artıq suriyalı qaçqın Türiyənin Avropa İttifaqı ilə sərhədini keçib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu öz “Twitter” səhifəsində yazıb.

“Saat 23:50 üçün Edirne vasitəsilə Türkiyəni tərk edən qaçqınların sayı 47 113 nəfər təşkil edir” deyə nazir qeyd edib.

Xatırladaq ki, ötən gecə İdlibə olan hava hücumu nəticəsində 33 Türkiyə hərbçisi şəhid oldu. Həmin gecə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qaçqınlar üçün Avropa İttifaqı ilə sərhədin açıldığını bildirib.

COP29