!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

47 yaşlı kişi spirtli içkidən zəhərlənərək öldü

!Reklam – Yazi

Mingəçevir şəhərində yarımçıq tikilidə kişi meyiti tapılıb.

Yenicag.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, şəhər sakinləri Heydər Əliyev prospektindəki 43 saylı mənzildə yaşayan 1971-ci il təvəllüdlü Nəsrullayev İrfan Əhliman oğlunun meyitini 20 Yanvar küçəsində yerləşən 4 mərtəbəli yarımçıq tikilidə tapıblar.

Dərhal polis əməkdaşlarına məlumat verilib. Meyit müayinə edilib və onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Onun spirtli içkidən zəhərlənərək öldüyü bildirilir. Məlumata görə, İ. Nəsrullayev spirtli içki aludəçisi olub və tüfeyli həyat sürdüyü üçün ailə üzvlərindən də ayrı yaşayırmış.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Yenicag.az 

www.yenicag.az

717
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv