!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DTX-dən ƏMƏLİYYAT: Bir neçə general SAXLANILDI - ADLAR AÇIQLANIR / YENİLƏNDİ

!Reklam – Yazi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bakıda keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində həbs edilən şəxslərdən birinin adı məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat verib.

O qeyd edib ki, həbs edilən gömrük generalının İqbal Alıcan oğlu Babayev olduğu bildirilir.

“7 avqust 1964-cü il Yardımlı rayonunda anadan olan gömrük xidməti general-mayoru İqbal Babayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini idi. Texnika elmləri doktoru, professor olan İqbal Babayev Kiyev Milli İnşaat və Memarlıq Universitetini bitirib”, – deyə vurğulayıb.

***

18:31

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda genişmiqyaslı əməliyyat keçirib.

Yenicag.az Bakupost.az-a istinadən xəbər verir ki, dövlət qurumlarından birində baş tutan əməliyyatda xeyli vəzifəli şəxs saxlanılıb.

Onlar arasında general rütbəli şəxslərin olduğu da deyilir.

Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

 

www.yenicag.az

10325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv