“Fətullahçılara qarşı mübarizə artıq dövlət siyasətidir” – Türkiyə Milli Təhlükəsizlik Şurası

131205_taraf_suc.hmediumTürkiyənin Milli Təhlükəsizlik Şurasının son toplantısında dövlətin təhlükəsizlik siyasətinin yer aldığı Qırmızı Kitabda dəyişiklik edilib. Belə ki, Fətullah Gülən Şəbəkəsi ilk dəfə olaraq, “dövlətin təhlükəsizliyini təhdid edən, leqal görünümlü qeyri-leqal təşkilat” olaraq, dövlətin gizli konstitusiyası adı verilən bu kitabda yer alıb.

Fətullahçı Terror Örgütü (FETÖ) olaraq, qeyd olunan Paralel Şəbəkə ilə mübarizə Qırmızı Kitabda geniş şəkildə əks olunub. Qeyri-leqal Paralel Dövlət Şəbəkəsinin  milli təhlükəsizliyi təhdid edən ünsür olması ilə hüquqi mübarizənin də çərçivələri aydınlaşıb.

Milli Təhlükəsizlik Şurasının qərarı ilə artıq FETÖ “dövlət məsələsi və dövlətə təhdid” olaraq, dəyərləndiriləcək və onunla bağlı qərarlar baş nazir səviyyəsində həll ediləcək.

Bütün ictimai təşkilatlarının əsl vəzifələrinin arasında bu gündən etibarən FETÖ və digər Paralel strukturlarla (KCK daxil) mübarizə də yer alacaq. Bu sayədə, irəlidə ortaya çıxa biləcək fərqli ad və təşkilatlanmalar içindəki Paralel Şəbəkə ilə mübarizəyə hazırlıq görüləcək.

Qurumlar Paralel Şəbəkə ilə mübarizə ilə bağlı fəaliyyət hesabatlarını Baş Nazirə göndərəcək. Baş Nazirliyin katibi də MTŞ-də FETÖ ilə bağlı mübarizədə əldə olunan nəticəni məruzə edəcək. Bu barədə ilk addım Milli Təhlükəsizlik Şurasında atılıb. Baş nazir bütün nazirlərdən Paralel Şəbəkə ilə mübarizə ilə bağlı hansı addımları atdıqlarına dair hesabat istəyib və həmin hesabat MTŞ-də oxunub.

Gülən ilə mübarizə daxili və xarici olmaqla, iki istiqamətdə yürüdüləcək. İçəridə məhkəmə, təhlükəsizlik sistemi, polis və digər dövlət qurumlarındakı şəbəkə üzvləri ilə mübarizə əsas təşkil edəcək. Xaricdə isə əsasən FETÖ-nün anti-təbliğatının önünün kəsilməsi, türk məktəbi markasının sadəcə Milli Təhsil Nazirliynə aid olması və Gülənin geri qaytarılması yönündə iş aparılacaq.

Ayrıca, dövlət məmurları arasındakı “kripto”ların ifşası yönündə iş aparılacaq və xüsusilə hüquq-mühafizə orqanlarının fətullahçılardan təmizlənməsi sürətləndiriləcək.

Qeyd edək ki, bu MTŞ-nin Gülən ilə bağlı aldığı ikinci qərardır. Bundan öncəki (30.10.2014) qərarı ilə fətullahçılar dövlətə qarşı təhdid hesab edilmişdilər.

5 ildə bir yenilənən Qırmızı Kitabda Gülən ilə yanaşı “bölgədəki stabilliyi pozan terror örgütləri” adı altında İŞİD və digər qruplar da təhdid olaraq, qeyd olundu.

***

Gülən Terror Təşkilatının təhlükəli olduğu 1 may aksiyası zamanı da özünü göstərib. Belə ki, “Zaman” qəzeti və “Samanyolu” Gəzi hadisələrində olduğu kimi bu gün də HDP və kommunistlərə ən bəyük media dəstəyini veriblər. Bu barədə danışan Türkiyə prezidenti Ərdoğan bildirib ki, “Paralel Cinayət Qrupu Separatçı Terror Örgütü ilə əl-ələ verərək, ölkəni qan gölünə çevirmək istəyirlər.

 

Yenicag.az

COP29