48 il həbs cəzası çəkən şəxsə BƏRAƏT VERİLDİ – FOTOLAR

ABŞ-də 48 il həbs cəzası çəkən şəxsə bəraət verilib.

Yenicag.az xəbər veir ki, məhkəmə Qlin Simmonsun ittiham olunduğu qətlin onun tərəfindən törədilmədiyinə qərar verib.

Kişi 1975-ci ildə ölüm cəzasına məhkum edilib. Lakin 1977-ci ildə ölüm cəzası ömürlük həbslə dəyişdirilib.

Simmons 48 ilini həbsdə keçirib. Hazırda o, 71 yaşındadır. Simmons bəraət qazanmasını “mətanət və inadkarlıq dərsi” adlandırıb.

Xuraman Etibarlı