48 yaşlı kişi özünü asdı

asdi54592891Quba rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan verilən məlumata görə, rayon sakini, 1968-ci il təvəllüdlü Hafiz Hacıəhməd oğlu Şirinov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.