!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

48 yaşlı qadını avtomobil vurdu

!Reklam – Yazi

yol-kuceZaqatalada piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Hadisə rayonun Muxax kəndində qeydə alınıb. Rayonun Muxax kənd sakini, 1998-ci il təvəllüdlü İntiqam Zeynullah oğlu Məmmədov idarə etdiyi “VAZ 2106” markalı, 62 BH 975 dövlət nömrə nişanlı avtomobillə kənd ərazisində hərəkətdə olarkən yolun kənarı ilə gedən piyada, Muxax kənd sakini 1967-ci il təvəllüdlü Sevda Məhəmməd qızı Həsənovanı vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Sevda Həsənova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, İntiqam Məmmədov Muxax kəndi ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsində işləyir. Qəzanı törədən zaman idarə etdiyi avtomobil də avtoyuma məntəqəsinə yumaq üçün gətirilmiş maşın olub.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır(apa).

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv