Türkiyədə turist avtobusu qəzaya uğradı – Ölənlər və xəsarət alanlar var

Türkiyənin Bursa şəhərində turist avtobusu qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, Kütahya şəhərindən yola çıxan 47 turistin olduğu avtobus Bursanın İnegöl rayonu ərazisində dərəyə aşıb.

Qəza nəticəsində 2 nəfər ölüb, 28 nəfər xəsarət alıb. Yaralılar arasında vəziyyəti ağır olanların olduğu bildirilib.

Hadisə yerinə çox sayda təcili tibbi briqada, polis əməkdaşı və xilasetmə qrupu cəlb olunub.