!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

49 diplomata qarşı 180 girov

!Reklam – Yazi

76118Türkiyə İŞİD-in girov götürdüyü 49 diplomatını azad etmək üçün terror qruplaşmasının 180 üzvünü azad edib.

“Times” yazır ki, bu barədə məlumatı onlara Şanlıurfada əsir saxlanılan və girov diplomatların azad edilməsi müqabilində yenidən terror qruplaşmasına qoşulan El Miqdad əl Şarur adlı Yəmən vətəndaşı verib.

Sosial şəbəkə vasitə ilə alındığı iddia olunan müsahibədə İŞİD üzvü bildirib ki, onlar Hələbdə Azad Suriya Ordusu tərəfindən əsir alınıb. İlk olaraq onların Səudiyyə Ərəbistanının kəşfiyyatına veriləcəyi bildirilsə də sonradan əsir götürülən terrorçular Türkiyəyə göndərilib.

Hazırda İraqda döyüşdüyü iddia olunan yəmənli İŞİD-çi qeyd edib ki, Mosulda türk diplomatların girov götürülməsində məqsədin Türkiyənin Azad Suriya Ordusuna təzyiq edib, əsir götürülən üzvlərinin azad olunamsına nail olmaqdı: “Çox şükür bu həyata keçdi. Türkiyədə bizə qarşı çox yaxşı davrandılar”.

Türkiyə tərəfi İŞİD-lə razılaşma əsasında girov diplomatları azad etməsini inkar etsə də faktlar tam əksini deyir. Belə ki, türk diplomatlar Ərdoğanın “2 ay sürən gizli əməliyyat nəticəsində diplomatlarımızı sağ azad etdik” dediyi kimi azad olunması saatlarında İŞİD-çilər sosial şəbəkədə Şarurunun onlara qoşulmasını qeyd etdiyini bildiriblər.

Yəmənli İŞİD üzvü ilə birlikdə 2 İngilis, 3 fransız, 2 İsveç, bir Belçika və 2 Makedoniya vətəndaşı da Türkiyə tərəfindən azad olunub. Ümumilikdə 180 İŞİD üzvününün Türkiyə tərəfindən 49 diplomat qarşılığında azad olunduğunu iddia edən yazıda bildirilir ki, rəsmi Ankaranın İŞİD məsələsində neytral qalmağının səbəbi də budur.

(anspress.com)

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv