!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə avtobuslar dəyişdirilir

!Reklam – Yazi

marsrutGələn ilin birinci rübünə kimi Gəncədə “Qazel” və “Mercedes” markalı mikroavtobuslar sərnişindaşımadan çıxarılacaq. Əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyətini yüksəltmək üçün şəhərə yeni, ortatutumlu avtobusların gətirilməsi planlaşdırılır.

Azər Məmmədov, Gəncə şəhər Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 1 saylı Nəqliyyat MMC-nin rəisi: “Şirkət rəhbərləri ilə söhbət aparmışıq ki, gələn ilin əvvəlində, birinci rübün sonuna kimi kiçiktutumlu avtomobillərin hamısı ləğv olunaraq iritutumlu maşınlarla əvəz olunacaq”.

Yeni avtobuslar alınanadək isə əhali tələblərə cavab verməyən mikroavtobuslardan istifadə etməli olacaq. Son dövrlərədək maye qazla çalışan belə nəqliyyat vasitələri həm də təhlükəsizlik baxımından tələblərə cavab vermir.

Azər Məmmədov: “Bu ilin əvvəlindən polis işçiləri ilə bizim işçilər birlikdə maye qazla işləyən mikroavtobuslara qarşı reydlər keçirib. Həmin avtomobillər həm xəttən çıxarılıb, həm də sürücülərə cəza tədbirləri görmüşük. Belə avtobus və mikroavtobuslar hal-hazırda Gəncədə fəaliyyət göstərmir”.

Gəncədə gün ərzində 8 marşurut xətti üzrə 22 oturacaqlı 98 ədəd “İsuzu”, 27 marşurut xətti üzrə isə 16 oturacaqlı 65 ədəd “Hyndai” və 120-yə yaxın “Qazel”, eləcə də “Mercedes” markalı ortatutumlu mikroavtobuslar xəttə buraxılır.

(arxiv.az)

www.yenicag.az

2067
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv