Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

496 MSK işçisi hesablamalardan sonra ölüb - İndoneziyada

İndoneziyada Mərkəzi Seçki Komissiyasının (MSK) 500-ə yaxın əməkdaşı səslərin hesablanmasından sonra dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi MSK əməkdaşlarının əksəriyyətinin ölümünə iflic və infarktın səbəb olduğunu bildirib.

Nazirliyin məlumatına görə, seçkilərdən sonra bütün ölkə üzrə 496 əməkdaş dünyasını dəyişib. Ölüm hallarının çoxu (131) Qərbi Cava əyalətində qeydə alınıb.

MSK öz növbəsində bildirir ki, ölənlərin təqribi yaş həddi 50-70 arasında olub./Report/

www.yenicag.az

2278